Modern.az

Zəlzələdən sonra 291 afterşok qeydə alınıb

Zəlzələdən sonra 291 afterşok qeydə alınıb

Dünya

25 Aprel 2025, 00:21

Mərmərə dənizində, Silivri sahillərində baş verən 6,2 maqnitudalı zəlzələdən sonra 291 afterşok müşahidə edilib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Bəyanatda bildirilir ki, yeraltı təkanların əksəriyyəti zəif olub və zaman keçdikcə onların sayı azalmaqda davam edir.

Qeyd olunur ki, aprelin 23-də qeydə alınan əsas zəlzələnin episentri Silivridən təxminən 24 kilometr aralıda yerləşib. İstanbulun cənub sahillərindəki yaşayış məntəqələri təkanları 5 bal gücündə hiss edib. Lakin aparılan risk azaldıcı tədbirlər nəticəsində ciddi dağıntılar və insan tələfatı baş verməyib.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!