Modern.az

Boston da ayağa qalxdı - Amerikanı etirazlar bürüyüb

Boston da ayağa qalxdı - Amerikanı etirazlar bürüyüb

Dünya

10 İyun 2025, 00:45

ABŞ-ın Boston şəhərində də etiraz aksiyası keçirilib.

Modern.az-ın məlumatına görə, yüzlərlə insan Los-Ancelesdə Milli Qvardiya əsgərlərinin yerləşdirilməsinə və Həmkarlar İttifaqının lideri David Huertanın saxlanmasına etiraz etmək üçün Boston şəhərində meriyanın meydanına toplaşıblar.

İnsanlar əllərində “Massaçusets Los-Ancelesdəki qonşularımızla birlikdədir” və “İmmiqrant qonşularımızı qoruyun” sözləri yazılmış lövhələr tutublar.

Etirazçılar aksiyaları dayandırmaq üçün Prezident Trampı hərbçilərin yerləşdirilməsi planlarınından əl çəkməyə çağırıblar.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?