İranın xarici işlər naziri Abbas Araqçı bölgədə gərginliyin artdığı bir vaxtda bir sıra ölkələrin yüksək vəzifəli rəsmiləri ilə telefon danışıqları aparıb.
Modern.az xəbər verir ki, İran XİN rəhbəri Fransa xarici işlər naziri Jan-Noel Barro, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani, Böyük Britaniyalı həmkarı, Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munirlə regional vəziyyəti müzakirə edib.
Məlumata görə, danışıqlarda İranın İsrailin Livanın cənubu və Beyrutun Dahiyə bölgəsinə hücumlarına cavabı, eləcə də regionda son vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
İran tərəfi bildirib ki, ölkə bazar günü axşam saatlarında İsrailin Livandakı hücumlarına cavab olaraq onlarla raket buraxıb. Tehran eyni zamanda xəbərdarlıq edib ki, İsrail Livana hücumları davam etdirərsə, daha sərt cavab tədbirləri görüləcək.