Modern.az

Pezeşkian azərbaycanlıları da Xameneinin dəfninə ÇAĞIRDI

Pezeşkian azərbaycanlıları da Xameneinin dəfninə ÇAĞIRDI

Dünya

Bu gün, 09:27

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian X” sosial şəbəkəsindəki yaydığı müraciətdə İran xalqını mərhum ali lider Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimində iştirak etməyə çağırıb.

Modern.az-ın məlumatına görə, Pezeşkian etnik mənsubiyyətindən və məzhəbindən asılı olmayaraq hamıya, o cümlədən azərbaycanlılara müraciət edib:

“Etnik mənsubiyyətindən, məzhəbindən, baxışlarından və siyasi mövqeyindən asılı olmayaraq – hamını tarixi mərasimdə iştirak etməyə çağırıram. Gəlin birlikdə milli həmrəyliyin və İslam Respublikasının ali ideallarına sədaqətin unudulmaz təzahürünü nümayiş etdirək”.

Qeyd edək ki, bu gün Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimləri başlayıb. Xarici ölkələrin rəsmiləri və dini xadimlər Tehrandakı Böyük Müsəlla kompleksində ona ehtiramlarını bildirirlər.

Xameneinin cənazəsi, onunla birlikdə həlak olmuş ailə üzvlərinin nəşləri ilə birlikdə, cümə günü səhər tezdən Böyük Müsəllaya gətirilərək iki günlük ümumxalq vida mərasimindən əvvəl əsas ibadət zalına yerləşdirilib.

Vida və dəfn mərasimlərində iştirak etmək üçün 30-dan çox ölkədən yüksək vəzifəli rəsmilər və nümayəndə heyətləri İrana gəlib. Bu ölkələr arasında Rusiya, Çin, Pakistan, Hindistan, Gürcüstan, Kuba, Ermənistan və digərləri var.

İran rəsmilərinin məlumatına görə, vida və dəfn mərasimlərinə 15–20 milyon nəfərədək insanın qatılması gözlənilir.

Bu gün başlayan mərasimlər şənbə və bazar günləri də davam edəcək. Bu müddətdə cənazə Böyük Müsəllada ziyarət üçün saxlanılacaq. Bazar ertəsi isə Tehranda dəfn yürüşü keçiriləcək. Daha sonra dini mərasimlər Qum şəhərində təşkil olunacaq, ardınca Bağdad, Kərbəla və Nəcəf şəhərlərində mərasimlər keçiriləcək. Xamaneinin dəfn isə iyulun 9-da Məşhəd şəhərində baş tutacaq.

İranın mərhum ali rəhbəri fevralın 28-də ABŞ-İstail koalisiyasının Tehrana hava zərbəsi zamanı həlak olmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada