Modern.az

Sahibsiz itlər 3 nəfərə xəsarət yetirdi

Sahibsiz itlər 3 nəfərə xəsarət yetirdi

Hadisə

22 Fevral 2025, 14:20

Naxçıvanda sahibsiz itlər 3 nəfərə xəsarət yetirib.

Modern.az xəbər verir ki, hadisə Babək rayon Cəhri qəsəbəsində baş verib.

İtlər qəsəbə sakinləri - 1963-cü il təvəllüdlü Babayev Şakir Məmmədbağır oğlu, 1963-cü il təvəllüdlü Fərhadov Famil Seymur oğlu və 1964-cu il təvəllüdlü Rzayev Zeyvəli Salman oğluna hücum edərək onlara xəsarət yetiriblər.

Onlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!