Modern.az

76 yaşlı kişini maşın vurub öldürdü

76 yaşlı kişini maşın vurub öldürdü

Hadisə

31 Mart 2025, 00:30

Gəncədə avtomobil 76 yaşlı piyadanı vuraraq öldürüb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, şəhər ərazisində 1949-cu il təvəllüdlü Yunis İsayevi avtomobil vurub.

 

Xəstəxanaya çatdırılan ağır yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

 

Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!