Modern.az

Sexdə güclü yanğın - Hadisə yerindən GÖRÜNTÜLƏR

Sexdə güclü yanğın - Hadisə yerindən GÖRÜNTÜLƏR

Hadisə

1 Aprel 2025, 22:49

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Modern.az Nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 5 000kv.m olan şüşə istehsalı sexinin ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən sexin digər sahələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin əritmə sobası ətrafında 150 kv.m. sahə yanıb.

Sexin böyük hissəsi yanğından mühafizə olunub.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...