Modern.az

Uşaq bağçasında asılmış meyit tapıldı

Uşaq bağçasında asılmış meyit tapıldı

Hadisə

8 Aprel 2025, 14:24

Bakıda intihar hadisəsi baş verib.

Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb.

Orada işləyən fəhlə, 1981-ci il təvəllüdlü Cəlal Yusif oğlu Musayev bağçanın qazanxanasında özünü asıb. Onun asılmış meyitini bağçanın kollektivi aşkar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırmalar Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!