Goranboyda yol qəzasında ölənlərin kimliyi məlum olub.
Modern.az report.az-a istinadən xəbər verir ki, "VAZ-2107", "Mercedes" və daha bir minik maşınının toqquşması nəticəsində Akşin İbrahimov və Xəyyam adlı şəxs (soyadı dəqiqləşdirilir - red) ölüb.
Qəza zamanı daha bir nəfər - Araz Şükürov xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə Qızılhacılı qəsəbəsində baş verib.
Faktla bağlı araşdırma başlanılıb.