Modern.az

III Avropa oyunları başlayır - 8 idmançımız çıxış edəcək

III Avropa oyunları başlayır - 8 idmançımız çıxış edəcək

İdman

20 İyun 2023, 09:16

Bu gün Polşada III Avropa Oyunları start götürəcək.

 

Modern.az xəbər verir ki, ilk gündə Azərbaycanın 8 idmançısı mübarizəyə qoşulacaq.

 

Atletika növündə Lamiyə Vəliyeva (400 metr məsafədə qaçış), Aleksis Kopello (üç təkanla tullanma), Cavid Məmmədov (400 metr məsafədə qaçış), Anna Yusupova (5000 metr məsafədə qaçış), Elman Abışov (800 metr məsafədə qaçış), Anna Skidan (çəkic atma), İlahə Quliyeva (100 metr məsafədə qaçış) və Aleksey Əliəkbərov (100 metr məsafədə qaçış) çıxış edəcəklər.

 

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-dək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV