Modern.az

Yığmamız dünya çempionatına qatılacaq

Yığmamız dünya çempionatına qatılacaq

İdman

3 Sentyabr 2023, 14:47

Azərbaycan millisi sentyabrın 4-17-si aralığında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatına qatılacaq.

 

Modern.az xəbər verir ki, mundial Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

 

Yarışda 894 atlet (469 kişi, 425 qadın) iştirak edəcək. Azərbaycanı qadınlar arasında Nazilə İsmayılova (49 kq) və Günel Vəliyeva (76 kq) təmsil edəcəklər.

 

Kişilərin mübarizəsinə isə İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) qatılacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV