Modern.az

Millimiz İstanbulda Türkiyə ilə qarşılaşacaq

Millimiz İstanbulda Türkiyə ilə qarşılaşacaq

İdman

3 Sentyabr 2023, 14:53

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sentyabrın 3-dən 7-dək Bakıda, 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı olacaq.

 

"Modern.az"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, təmsilçimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

 

Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Hazırlıq prosesinə 24 futbolçu dəvət olunub.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV