Modern.az

Azərbaycan neftinin qiyməti 105 dollara endi

Azərbaycan neftinin qiyməti 105 dollara endi

İqtisadiyyat

Bu gün, 09:27

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,44 ABŞ dollar azalıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,44 ABŞ dolları və ya 3,16 % azalaraq 105,55 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV