Modern.az

Keçmiş köçkünlərə ipəkqurdu toxumu paylanıb

Keçmiş köçkünlərə ipəkqurdu toxumu paylanıb

İqtisadiyyat

Bu gün, 11:38

Cəbrayıl rayonunda 2026-cı ilin mövsümü üçün kümçülərə ipəkqurdu toxumu paylanılıb.

Modern.az xəbər verir ki, rəsmi məlumata görə, bu il rayonun Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən Qax Damazlıq İpəkçilik Stansiyasından 2026-cı ilin barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması həyata keçirilib.

Ümumilikdə 65 kümçüyə 110 qutu ipəkqurdu sənaye toxumu paylanması təmin edilib.
Cari mövsümdə kümçülər tərəfindən 4400 kiloqram yaş baramanın istehsalı nəzərdə tutulub.

İstehsal olunan yaş barama kümçülərdən 5 manata alınacaq, dövlət tərəfindən isə hər kiloqrama 6 manat subsidiya ödəniləcək.
Artıq 10 ildir ki, Cəbrayıl rayonunda ipəkqurdu bəslənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?