Modern.az

Enerji istehsalı və ixrac nəzarəti sahəsində onlarla icazə verilib

Enerji istehsalı və ixrac nəzarəti sahəsində onlarla icazə verilib

İqtisadiyyat

Bu gün, 12:48

2026-cı ilin ikinci rübündə Energetika Nazirliyi tərəfindən ümumilikdə 65 icazə verilib.

Bu barədə Modern.az-a Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) idxalı üzrə 56, ixracı üzrə 5, tranziti üzrə isə 3 icazə rəsmiləşdirilib.

Bununla yanaşı, su elektrik stansiyalarında, həmçinin bio kütlədən alınan qaz və ya digər yanacaq növləri vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallarda isə 150 kilovatdan yuxarı gücə malik elektrik enerjisi istehsalı ilə bağlı 1 icazə verilib.

Qeyd olunub ki, hesabat dövründə bütün icazələr 7 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə təqdim edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV