Tbilisidən Bakıya hərəkət edən qatarlara tələbat daha yüksəkdir.
Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımalar departamentinin rəisi Azər Fərəcov media üçün keçirilən brifinq zamanı deyib.
Departament rəisi Tbilisi-Bakı istiqamətindəki yüksək sərnişin sıxlığının səbəbini mövcud sərhəd rejiminin xüsusiyyətləri ilə izah edib:
"Ölkə ərazisində quru sərhədlərinin bağlı olması sərnişin axınının istiqamətinə birbaşa təsir göstərir. Hazırda xarici vətəndaşlar Azərbaycana daxil olduqdan sonra ölkəni müxtəlif nəqliyyat vasitələri ilə tərk edə bilsələr də, quru yolu ilə ölkəyə daxil olmaq yalnız qatar vasitəsilə mümkün olur. Məhz bu səbəbdən Tbilisi-Bakı istiqaməti üzrə hərəkət edən qatarlara tələbat digər istiqamətlərlə müqayisədə xeyli yüksəkdir".