Modern.az

Dünya Bankı Qarabağa gedən yolu maliyyələşdirəcək - QALMAQAL

Dünya Bankı Qarabağa gedən yolu maliyyələşdirəcək - QALMAQAL

16 Aprel 2016, 10:40

Ermənistanı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə birləşdirəcək ikinci yol -  Vardenis-Sork-Kəlbəcər yolu bu ilin sonundan etibarən təmir olunacaq.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Ermənistan Avtomobil Yolları Direktoratlığı” dövlət təşkilatının baş direktoru Aşor Arşakyan məlumat verib.

Onun sözlərinə görə 14 ildir ki, təmir edilməyən Vardenis-Sotk-Kəlbəcər yolunun 5,5 kilometrlik hissəsi bu il təmir ediləcək.

Maraqlıdır ki, Arşakyanın sözlərinə görə yolun salınması üçün lazım olan məbləği Dünya Bankı ayıracaq.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir