Modern.az

2010-cu ilin ən yaxşı futbolçusu və ən yaxşı məşqçisi

2010-cu ilin ən yaxşı futbolçusu və ən yaxşı məşqçisi

İqtisadiyyat

11 Yanvar 2011, 10:04

İspaniyanın "Barselona" klubunun və Argentina milli komandasının hücumçusu Lionel Messi 2010-cu ilin ən yaxşı futbolçusu sayılıb. Messi səsvermədə həmklubları və İspaniya yığmasının yarımmüdafiəçiləri Xavi və Andres İnyestanı qabaqlayıb.

Ona FİFA və "France Football" jurnalının birgə təsis etdiyi "Qızıl top" mükafatı verilib.

Qeyd edək ki, Lionel Messi karyerasında ikinci dəfə "Qızıl top"a sahib olub. O, 2009-cu ildə də planetin ən güclüsü sayılıb.


FİFA 2010-cu ildə dünyanın ən yaxşı baş məşqçisinin adını da açıqlayıb. Portuqaliyalı Joze Mourinyo ilin məşqçisi sayılıb.

Hazırda İspaniyanın "Real" klubuna rəhbərlik edən portuqaliyalı mütəxəssis ötən ilin yayınadək çalışdığı İtaliya "İnter"i ilə İtaliya çempionluğunu və Çempionlar Liqasını qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir