Arxiv
10 May 2016, 11:07 |
Azərbaycan üçün hansı yaxşıdır: Tramp, yoxsa Klinton?

ABŞ-da respublikaçılar və demokratlar arasında yarış başa çatmaq üzrədir. Böyük ehtimalla Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp, Demokratlar Partiyasından isə Hillari Klinton olacaq.

Bu günlərdə Azərbaycanda ən çox müzakirə olunan suallardan biri budur: Azərbaycan üçün hansının prezident seçilməsi məqbuldur: Donald Tramp, yoxsa Hillari Klinton?

Modern.az saytının məlumatına görə, “Atlas” araşdırmalar mərkəzi mövzu ilə bağlı təhlillə çıxış edib.

Həmin yazını təqdim edirik:

"Donald Tramp ekstravaqant namizəddir. Onun Respublikaçılar Partiyasından prezidentliyə namizəd olması belə dünya üçün böyük sürprizdir. Çünki, adətən ABŞ-da prezidentliyə real namizədlər ya konqresmenlər, ya da qubernatorlar olur. Donald Tramp isə hər ikisindən deyil, ümumiyyətlə aktiv siyasətlə qısa müddətdir məşğuldur.

Tramp seçkiqabağı çıxışlarında ABŞ-la Meksika arasında divar tikəcəyini, miqranları ölkəyə buraxmayacağını, Rusiya prezidentli Vladimir Putinlə dostlaşacağını deyib, ayrıca onun “müslümanların ABŞ-a girişi qadağan olunmalıdır” fikir böyük qalmaqala səbəb oldu. Bütün bunlar dünyada mənfi reaksiya doğurduğu kimi Azərbaycanda da narahatlıqla qarşılanır.

Donald Trampdan fərqli olaraq Hillari Klinton tanınan siyasətçidir. Nyu-York ştatının konqresmeni olub, dövlət katibi vəzifəsində çalışıb. Yəni Trampdan fərqli olaraq xarici siyasətdən başı çıxır. Hillari Klinton seçicilərinə yerinə yetirilməsi mümkün olmayan vədlər vermir.

Azərbaycan hakimiyyəti və cəmiyyəti Hillari Klintonun prezidentliyinə müsbət baxır. Birincisi, Hillari Klinton birinci ledi, yəni Bill Klintonun həyat yoldaşı olduğu dönəmdən Cənubi Qafqaz haqqında təsəvvürü var. İkincisi, Hillari Klinton dövlət katibi olduğu vaxt Azərbaycanda səfərdə olub və iki ölkə arasındakı münasibətlərin mövcud durumu və gələcək inkişafı haqqında aydın təsəvvürü var. Üçüncüsü, Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyini Hillari Klinton anlayır.

Bütün bu faktorlara görə Hillari Klinton prezident seçilərsə ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığının davam edəcəyinə inam var. Ancaq bu o demək deyil ki, Donald Tramp prezident seçilərsə ABŞ-Azərbaycan münasibətlərindəki 24 illk konstruksiya dağılacaq.

Donald Trampdan baqşa ABŞ-ı Konqresin qanunları, Dövlət Departamentinın və Pentaqonun təlimatları da idarə edir. Bundan başqa ABŞ-milli və təhlükəsizlik maraqları var ki, prezident Tramp bu amilləri də kənara qoya bilməyəcək. Məsələn, Tramp nə qədər “Putinlə münasibətləri düzəldəcəm” desə də, Ağ Evin yeni sahibi Krımın işğalını arxa plana atıb Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq.

Əks halda bu ABŞ-ın dünyadakı nüfuzunun itirilməsinə gətirib çıxaracaq. Çünki, Krımın işğalına və Donbass separatçılarına verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların vacib olduğuna Avropa Birliyini məhz Vaşinqton inandırmışdı. İndi əgər Tramp hər şeyi unudaraq Putinə onun əməllərini bağışlasa ABŞ ənənəvi müttəfiqi Avropa Birliyinin inamını da itirəcək. Və ya Cənubi Qafqaz bölgəsini götürək. ABŞ üçün strateji tərəfdaş olaraq müstəqil siyasət yürüdən və enerji resurslarını Avropa bazarına istiqamətləndirən Azərbaycan vacibdir, yoxsa Rusiyanın hərbi-suyasi forpostu Ermənistan?

Məsələn Donald Tramp daha sonra “Nyu York Times” qəzetinin redaksiya heyəti ilə qeyri-rəsmi görüşdə deyib ki, onun seçkiqabağı radikal fikirlərini ciddiyə almasınlar. Həqiqətən Tramp prezident seçilərsə miqrasiya və vergilər siyasətində vəd etdiyi “inqilabları” həyata keçirə bilməyəcək.

ABŞ-ın nüfuzlu “The Street” dərgisi hesablayıb ki, əgər Trampın miqrasiya syasətində vəd etdiyi islahatlar yerinə yetirilsə bu ABŞ büdcəsinə 400-600 milyard dollara başa gələcək. Trampın vergi siyasətinin həyata keçirilməsi isə 10 il ərzində ölkənin 10 trilyon dollar gəlirdən məhrum edə bilər. Bundan başqa Konqresin dəstəyi olmadan Tramp heç bir islahat təşəbbüsünü həyata keçirə bilməyəcək. Konqresə respublikaçılar üstünlüyü təşkil etsələr belə konqresmenlərin böyük əksəriyyətinin Trampın eksqaravant islahatlarına dəstək verəcəkləri böyüş şübhə doğurur.

Buna baxmayaraq, Trampın ABŞ-ın xarici siyasəti ilə bağlı açıqlamalarında bəzi həqiqətlər də var. Məsələn Tramp deyib ki, ABŞ alman fazişmi və yapon militarizmi üzərində qələbə çaldı, yeni Avropa qurdu, daha sonra soyuq müharibədə qələbə çalaraq kommunizmin axırına çıxdı, ancaq sonrakı dövr səhvərlə yadda qaldı.

Tramp bu səhvlərin içərisində ABŞ-ın İraqa hərbi müdaxiləsini, Misir və Liviyanın daxili işlərinə qarışmasını və Barak Obamanın Suriya ilə bağlı “qırmızı cizgisini” xatırladır. Trampın bu dediklərinin hamısı doğrudur. İraqa hərbi müdaxilə bu ölkənin parçalanmasını və İŞİD-in yaranmasını, Misirə müdaxilə “Müsəlman qardaşların” hakimiyyətə gəlişini, Liviyaya müdaxilə isə İraqda olduğu kimi ölkənin parçalanmasına və terror yuvasına çevrilməsinə gətirib çıxartdı. Barak Obamanın Suriya ilə bağlı “qırmızı cizgisi” isə vəd olaraq qaldı.

Ona görə də Azərbaycan Donald Trampın də prezident seçilməsindən narahat olmamalıdır. Azərbaycan Cənubi Qafqazda böyük dövlətlərin maraqlarının kəsişməsini deyil, əməkdaşlıq qurmasını istəyir. Cənubi Qafqazda Rusiya-ABŞ əməkdaşlığı Azərbaycanın maraqlarına cavab verir.

Üstəgəl Azərbaycan hakimiyyəti ABŞ-ın ölkələrin daxili işlərinə qarışmasını da istəmir. Rəsmi Bakının Ağ Evin yeni sahibindən əsas istəyi Azərbaycanın ərazi bütövlüyü siyasətini, o cümlədən, təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı davam etdirməkdir. Buna Hillari Klinton da sadiq qalacaq, Donald Tramp da".

Modern.az 

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda yoluxma 1000-yaxınlaşır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40 Sentyabrda məktəblər açılacaq? - Nazirdən cavab 4 Avqust 2021, 19:33 Narkotik becərən şəxs saxlanıldı 4 Avqust 2021, 19:20 Sumqayıtda narkotik satan 3 nəfər tutulub - VİDEO 4 Avqust 2021, 19:11 Yardımlıda yanğının söndürülməsi davam edir - FOTO 4 Avqust 2021, 19:04 Azad edilmiş ərazilərdə görülən işlər müzakirə olundu 4 Avqust 2021, 18:38 Soydaşlarımız Türkiyədə yanğından zərərçəkənlərə yardım göndərdi   4 Avqust 2021, 18:32 Məhkumun evindən narkotik götürüldü 4 Avqust 2021, 18:26 Kəlbəcər yenə atəşə tutuldu: İtkimiz yoxdur 4 Avqust 2021, 18:20 MTRŞ iddiaçıların heç birinə lisenziya vermədi 4 Avqust 2021, 18:14 Müəllimlərin işə qəbulunda yenilik: Nazirdən mühüm AÇIQLAMA 4 Avqust 2021, 18:01 “Biz daha çox biliyi ölçürük, nəinki bacarığı” 4 Avqust 2021, 17:56 Emin Əmrullayev: “Dərs saatı ən azı 18 olmalıdır”  4 Avqust 2021, 17:54 Müdafiə naziri ordunun döyüş hazırlığını yoxladı 4 Avqust 2021, 17:50 Şəfqət dolu ürək... 4 Avqust 2021, 17:50 Nazir narazı namizədlərə müraciət etdi 4 Avqust 2021, 17:42 Zakir Həsənov azad olunmuş ərazilərə getdi - VIDEO+FOTO   4 Avqust 2021, 17:41 “Şikayətçi müəllimlər haqlıdırlar” - Emin Əmrullayev 4 Avqust 2021, 17:33 Ermənistan XİN-nə yeni mətbuat katibi TƏYİN OLUNDU 4 Avqust 2021, 17:29 “Ən çox yer xarici dil müəllimliyinə ayrılıb” - Təhsil naziri 4 Avqust 2021, 17:28 “Azərsu”da İctimai Şuranın ilk iclası keçirildi   4 Avqust 2021, 17:23 Müəllim olmaq istəyənlərin sayı kəskin artıb 4 Avqust 2021, 17:19 “Azəriqaz”ın “Açıq mikrofon”undan ilk səs gəldi - FOTO 4 Avqust 2021, 17:14 Azərbaycan və BMT birgə işçi qrup yaradır 4 Avqust 2021, 17:08 İstanbulda da meşəni yandırdılar 4 Avqust 2021, 17:04 Azər Süleymanov siyasətdən uzaqlaşdı: “Liderlərlə dil tapa bilmədik” 4 Avqust 2021, 16:48 Ağsuda toy təşkilatçısı cərimələndi 4 Avqust 2021, 16:43 Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının birgə təlimləri BAŞLAYIB 4 Avqust 2021, 16:43 Xalq kimin kim olduğunu yaxşı bilir 4 Avqust 2021, 16:42 Tokio-2020: Karateçilərimizin rəqibləri müəyyənləşdi 4 Avqust 2021, 16:40 Komitələrin payız hazırlığı: “Tamamilə yeni işlərə start verəcəyik” 4 Avqust 2021, 16:24 Əhaliyə göstərilən tibbi xidmətlərin STATİSTİKASI 4 Avqust 2021, 16:22