Arxiv
7 İyun 2016, 00:03 | AKTUAL
Qarabağla bağlı bəyanat yayılıb

 

Bundestaqda fəaliyyət göstərən Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupu Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin eskolasiyası ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq bəyanatla çıxış edib. Modern.az saytının məlumatına görə, cəmiyyətdən AzərTac-a daxil olan bəyanatda bildirilir ki, parlamentlərarası dostluq qrupu bir neçə həftə əvvəl Dağlıq Qarabağ regionunda zorakılıq hallarının yenidən baş qaldırması ilə bağlı dərin narahatçılıq hissi keçirir. Hazırda bölgədə baş verən zorakılıq hallarına mümkün qədər qısa vaxtda son qoyulmalıdır. Bu münaqişədə insan itkisi həddən artıq çoxdur.

 

Bu il Almaniya Federativ Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrlik missiyasını həyata keçirir. Biz insan itkilərinin qarşısını almaq üçün ATƏT və bu məsələ ilə məşğul olan Minsk qrupu çərçivəsində çevik tədbirlərin görülməsini tələb edirik. Münaqişə bölgəsində gərgin vəziyyətin səngiməsinə səmərəli töhfə vermək üçün bu il Almaniya geniş imkanlara malikdir. Ermənistan Prezidenti ilə birgə mətbuat konfransında federal kansler Angela Merkel münaqişənin həllində Almaniyanın ATƏT-də sədrliyi çərçivəsində oynaya biləcəyi konstruktiv rolu bir daha təsdiqləyib. Parlamentlərarası dostluq qrupu federal kanslerin bu mövqeyini dəstəkləyir - deyə bəyanatda vurğulanır.

Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində status-kvonun beynəlxalq hüququn prinsipinə tamamilə zidd olduğu vurğulanıb. Buna son qoyulmalıdır. Parlamentlərarası dostluq qrupu Cənubi Qafqaz regionunda zorakılığa son qoyulması üçün bu qətnamələrin yerinə yetirilməsinin vacibliyini dəstəkləyir. Davamlı atəşkəsə nail olunması danışıqlar masasına qayıtmaq üçün əsas tələbdir.

 

Bəyanatda Azərbaycan tərəfinin birtərəfli qaydada hərbi əməliyyatların dayandırılması haqda qərarı müsbət hal kimi dəyərləndirib. Bunun mövcud böhranlı vəziyyətin səngiməsinə müsbət impuls verəcəyinə əminlik ifadə olunub, hazırda atəşkəsə hər iki tərəfin riayət etməli olduğu qeyd edilib.

 

Bəyanatda, həmçinin diqqətə çatdırılır ki, dostluq qrupu davamlı sülh danışıqlarını dəstəkləmək üçün beynəlxalq vasitəçi kimi münaqişə iştirakçıları ilə aparılan danışıqlar prosesinə qoşulmağa hazırdır. Cənubi Qafqaz ölkələrinin parlamentləri ilə əməkdaşlığın inkişaf etdirilməsindən əlavə, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət parlamentlərarası dostluq qrupunu narahat edən ən ümdə məsələlərdən biridir. Biz sülh şəraitinin yaradılması prosesini gücləndirməyə çalışırıq. Baxmayaraq ki, bu, həddən artıq mürəkkəb prosesdir. Xüsusilə də ATƏT-də sədrliyimiz fonunda bu qəbuledilməz vəziyyətə tezliklə son qoyulması üçün vasitələr tapmaq bizim mənəvi vəzifəmizdir.

 

Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə səfirliyindən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 09:52 Koçaryan yenidən hakim qarşısına çıxarılır 1 Dekabr 2020, 09:46 Dəmir yolu körpüsünün tikintisi yekunlaşdı - FOTO 1 Dekabr 2020, 09:40 Hakimlər Paşinyanla görüşməkdən imtina etdi 1 Dekabr 2020, 09:34 Neft yenidən ucuzlaşdı 1 Dekabr 2020, 09:28 Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO 1 Dekabr 2020, 09:22 Dollar yeni aya bu məzənnə ilə BAŞLADI 1 Dekabr 2020, 09:17 “Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə + VİDEO 1 Dekabr 2020, 09:12 Azərbaycanın 5 şahmatçısı reytinqində irəlilədi 1 Dekabr 2020, 09:06 Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO 1 Dekabr 2020, 09:00 Trampın müşaviri istefa verdi 1 Dekabr 2020, 08:24 Bakıda yük avtomobilləri toqquşub - ölən var 1 Dekabr 2020, 08:10 Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?