Modern.az

“Müharibə region üçün fəlakət olar”

“Müharibə region üçün fəlakət olar”

Aktual

24 İyun 2016, 23:04

"İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll ediləcəyinə inanırlar. Hər iki prezident müsbət irəliləmələrə nail olmağa kökləniblər. Onlar bilirlər ki, münaqişəni hərbi yolla həll etmək olmaz. Müharibə region üçün fəlakət olar".  Modern.az saytı xəbər verir ki, bunu ATƏT-inin Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik "Amerikanın səsi" radiosuna bildirib.

Həmsədr daha sonra vurğulayıb ki, əgər prezidentlər münaqişənin sülh yolu ilə həllinə inanmasaydılar danışıqlar aparmazdılar. “Beynəlxalq vasitəçilər nəhayət, münaqişənin həllinə nail olmaq üçün tərəfləri inandırmağa çalışırlar. Məhz indi zaman yetişib. Həm Ermənistan, həm də Azərbaycan prezidenti münaqişəni sülh yolu ilə həll etmək istəyirlər. Nə iki ildən sonra, nə də beş ildən sonra heç nə asan olmayacaq. Təmas xəttində də ağır silahların, minaatanların və artilleriya silahların qalması təhlükəlidir. İstənilən səhv addım genişmiqyaslı müharibə riskini artıra bilər".

 

Uorlik əlavə edib ki, ABŞ münaqişənin nizama salınması prosesində Rusiya prezidenti Vladimir Putinin səylərini alqışlayır. “Rusiya həmçinin münaqişənin uzanmasında maraqlı deyil”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı