Arxiv
5 İyul 2016, 10:43 | AKTUAL
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib. Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım!

Dünya müsəlmanlarının əziz günü - Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara sonsuz səadət və fəxarət bəxş edir. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar. Qoy Islam dininə ehtiramımı nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun.

Savab, ülfət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir.

Allah Təbarəkə və Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə biz Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin.

Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli davamçısı İlham Əliyev həzrətlərinə Azərbaycanın bugünkü uğurları, gələcək tərəqqisi, Haqq işimizin qələbəsi naminə fəaliyyətində böyük nailiyyətlər diləyirlər.

Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm.

Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Qoy Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! AMIN!

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Maskalar 1 manata satılır, Nazirlik isə araşdırma aparıldığı deyir 25 Fevral 2020, 13:28 Azərbaycanda yeni siyasi partiyaya ehtiyac var – GƏNCLƏR GƏLİR 25 Fevral 2020, 13:24 İcra başçılarını qorxudan gizli kameraların yeri - Onlar pultla idarə edilir 25 Fevral 2020, 13:17 Antarktidada qırmızı qar yağdı 25 Fevral 2020, 13:05 Əbülfəs Qarayev Masallıda vətəndaşlarla görüşdü 25 Fevral 2020, 13:02 DİN polisin qətli ilə bağlı məlumat YAYDI 25 Fevral 2020, 12:57 Sabahın HAVA PROQNOZU - duman, çiskin, külək, qar 25 Fevral 2020, 12:54 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 25 Fevral 2020, 12:48 Bu gün su çərşənbəsidir - İNANCLAR   25 Fevral 2020, 12:39 Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi - koronavirusa görə 25 Fevral 2020, 12:36 Hafiz Hacıyev koronovirusa yoluxub? 25 Fevral 2020, 12:34 Bakı-Sumqayıt yolunda yük maşını çuxura düşdü - FOTO 25 Fevral 2020, 12:28 UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu - FOTO 25 Fevral 2020, 12:22 Araşdırmaçı jurnalist Sarayevoda türk izi axtarır 25 Fevral 2020, 12:11 İranlıları görən kimi atəş açın! – Sərhədçilərə göstəriş 25 Fevral 2020, 12:03 Namizədliyini verən 135 nəfər YAP-dan çıxarılıb - Siyavuş Novruzov 25 Fevral 2020, 11:59 AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli zaman nöqtəsindən baxış 25 Fevral 2020, 11:53 Putin-Ərdoğan görüşünün tarixi məlum oldu 25 Fevral 2020, 11:49 İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək - Pərvin Kərimzadə 25 Fevral 2020, 11:48 87 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan EDİLDİ 25 Fevral 2020, 11:38 Dünya zənginləri 1 sutkada 140 milyard dollar İTİRDİ 25 Fevral 2020, 11:28 Paytaxtda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir 25 Fevral 2020, 11:27 Şəhid əsgərimiz dəfn olundu- VİDEO - YENİLƏNİB 25 Fevral 2020, 11:23 Fərəc Quliyev yenə deputatlığa namizəd olacaq   25 Fevral 2020, 11:22 Xocalıdan qaçan KÖRPƏ 25 Fevral 2020, 11:21 Ərdoğan Bakıya gəlir 25 Fevral 2020, 11:13 Ev heyvanları koronavirus daşıyıcısıdır? 25 Fevral 2020, 10:45 20 yanvar qırğının əsas baiskarlarından biri 97 yaşında öldü 25 Fevral 2020, 10:43 Xaçmaz sakini evdən samovar oğurladı - FOTO 25 Fevral 2020, 10:42 Türkiyənin səhiyyə naziri koronavirusa görə Oqtay Şirəliyevə zəng etdi 25 Fevral 2020, 10:32 Bakıda ali məktəb koronavirusa görə dezinfeksiya edildi 25 Fevral 2020, 10:21 Şəkidə ağır qol qəzası - 1 nəfər öldü, 5-i yaralandı 25 Fevral 2020, 10:17 Paytaxtın bu küçələri BAĞLANIR - Paytaxt polisi sürücülərə müraciət etdi 25 Fevral 2020, 10:12 Məhkəmə işlərinin 10-dan ən az 6-sı problemli kreditlərlə bağlıdır 25 Fevral 2020, 10:05 Polis 50 şübhəlini saxladı 25 Fevral 2020, 09:54