Modern.az

Erməni əsir və girovluğundakı azərbaycanlılar...

Erməni əsir və girovluğundakı azərbaycanlılar...

Aktual

5 İyul 2016, 14:30

1 iyul 2016-cı il tarixinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3 811 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

 

Modern.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə,  qeydiyyata alınan həmin şəxslərdən 3 098 nəfəri hərbçilər, 713-ü mülki şəxslər, o cümlədən 61-i (20 nəfər qız, 41 nəfər oğlan) uşaqlar, 255-i qadınlar, 304-ü isə (158 nəfər qadın) qocalardır.

 

877 nəfərin əsir-girov götürülməsi barədə məlumatlar daxil olub. Onlardan 595-i hərbçilər, 282-si mülki şəxslər, ö cümlədən 27-si (7 nəfər qız, 20 nəfər oğlan) uşaqlar, 99-u qadınlar, 114-ü isə (65 nəfər qadın) qocalardır.

 

Əsir və girovluqdan azad edilən şəxslərin sayı isə 1 436 nəfərdir. Onlardan 351-i hərbçilər, 1 085-i mülki şəxslər, eləcə də 210-u (74 nəfər qız, 136 nəfər oğlan) uşaqlar, 341-i qadınlar, 258-i isə (108 nəfər qadın) qocalardır.

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatından keçən itkin düşmüş şəxslərdən 3734 nəfəri Azərbaycan tərəfindən, 780 nəfəri isə erməni tərəfindədir.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI