Modern.az

Bakıda oğru yaxalandı

Bakıda oğru yaxalandı

5 İyul 2016, 15:12

Daxili İşlər Nazirliyinin (DİN) Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs tutulub.

 

Bu haqda DİN-in mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Əməliyyat-axtarış zamanı oğurluq edən şəxsin Bakı şəhər sakini Elxan Paşayev olduğu müəyyənləşib.

 

İyunun 6-da Barat Rzayevə məxsus evdən 600 manat və 120 ABŞ dolları pul, habelə qızıl əşyalar oğurlamış E.Paşayev tutularaq istintaqa cəlb edilib.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır