Modern.az

Bakıda Leyla Əliyevanın irəli sürdüyü “Xocalıya ədalət” kampaniyasının təqdimatı olacaq

Bakıda Leyla Əliyevanın irəli sürdüyü  “Xocalıya ədalət” kampaniyasının təqdimatı olacaq

Ölkə

30 Oktyabr 2009, 14:37

Noyabrın 2-3-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşkilatçılığı ilə Bakıda “Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İKT sahəsində gənclərin biliklərinin artırılması” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Modern.az

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinun mətbuat xidmətinə istinadən xəbər verir ki, t

ədbirdə dövlət qurumları, İslam Konfransı Təşkilatı, Avropa ölkələrindən yüzə yaxın gənc ekspert, o cümlədən informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində ixtisaslaşmış aparıcı şirkət, elmi institut və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı gözlənilir.

Avropada İKT sahəsində əldə edilmiş təcrübənin İslam Konfransı Təşkilatı ölkələrində fəaliyyət göstərən gənc iş adamlarına ötürülməsi baxımından yeni yaranan bir prosesin təməlini qoymuş olacaq konfransda, yeni texnologiyaların tətbiqi və gənclərin informasiya-kommunikasiya sektorunun inkişafında rolu müzakirə olunacaq. İştirakçılar tərəfindən əsasən gənc insanların informasiya-kommunikasiya sektorunun formalaşmasına dair yaradıcı yanaşmalarının müzakirə ediləcəyi, onlayn gənc sahibkarlıq və marketinq mövzusunda məruzələrin dinləniləcəyi nəzərdə tutulur.

Bundan əlavə tədbir iştirakçıları İKT sahəsinin formalaşmasında dövlət və özəl sektorun, eləcə də universitetlərin fəaliyyəti barədə fikir mübadiləsi aparacaqlar.

Konfransın beynəlxalq kampaniyaların həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının rolu ilə bağlı keçirilən plenar iclaslarının birində bu ilin fevral ayında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” kampaniyasının təqdimatı olacaq. Bu iclasda dünyanın 20-dən çox ölkəsindən gələcək kampaniya üzrə milli koordinatorların iştirakı gözlənilir. 

Həmçinin konfrans gənc iş adamlarına kompüter texnologiyaları sahəsində gələcəkdə birgə layihələrin həyata keçirilməsi üzrə tərəfdaş və investorların tapılması üçün imkanlar yaradacaq. İrəli sürülən layihələr 4 noyabrda keçiriləcək beynəlxalq illik Bakutel sərgisində təqdim olunacaq. Ekspertlərdən ibarət komissiya tərəfindən seçilən bəzi layihələr isə konfransın nəticələri kimi maliyyə dəstəyi alınması üçün investorlara təqdim olunacaq.

Bundan əlavə tədbirdə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Avropa və Yaxın Şərq ölkələri gəncləri arasında sivilizasiyaların dialoqu üzrə proqramını yayımlanmasını nəzərdə tutan “Körpü” internet-televiziyasının birgə təqdimatı keçiriləcək. Noyabrın 3-də

tədbir iştirakçılarının qəbul edəcəyi “İKT sahəsində gəncliyin inkişafı” üzrə Bakı Proqramı gənclərin tövsiyə xarakterli sənəd kimi Qara Dəniz Hövzəsi Ölkələri və İslam Konfransı Təşkilatı ölkələri nazirlərinin iştirak edəcəyi konfransa göndəriləcək.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi