Modern.az

Türkiyədə 66 yaşlı azərbaycanlı qadın qətlə yetirildi

Türkiyədə 66 yaşlı azərbaycanlı qadın qətlə yetirildi

Aktual

17 Oktyabr 2016, 12:55

Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, dünən Balıkəsir rayonunun Bigadiç qəsəbəsində 68 yaşlı Ş.F. 4 aydır birlikdə yaşadığı Azərbaycan əsilli Türkiyə vətəndaşı, 66 yaşlı Samaya K. ilə mübahisə edib.

 

 Mübahisə böyüyüb və Samaya K. evi tərk etmək istəyib. Ş.F. Samaya K.-ni boğaraq qətlə yetirib. Olaydan sonra Ş. F. Bigadiç qəsəbə Polis Şöbəsinə gəlib və cinayəti etiraf edib.

 Samaya K.-nin cəsədi morqa aparılıb. 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür