Modern.az

Bölgələrdə məmurlar KİV-lərlə əməkdaşlıq etmirlər

Bölgələrdə məmurlar KİV-lərlə əməkdaşlıq etmirlər

3 Noyabr 2009, 15:56

Azərbaycan Jurnalistlər Birliyi (AJB) “Cənub regionunda fəaliyyət göstərən jurnalistlərin huquqi maarifləndirilməsi” layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Layihə Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Modern.az xəbər verir ki,

Layihənin koordinatoru Xaqani Səfəroğlu bildirib ki, burada məqsəd Cənub bölgəsi üzrə KİV-lərdə calışan jurnalistlərin hüquqi biliklərinin artırılması, jurnalist peşəkarlığının artırılmasında qanunverıcılık bazasının vacibliyini və məsuliyyətini aşılamaq olub. Bununla bağlı Lənkəranda bölgə üzrə AJB-nin Media-Hüquq Mərkəzi yaradılıb. Layihə çərçivəsində AJB –nin Media Hüquq Mərkəzinin açılması bölgə mətbuatında müşahidə olunan hüquqi maarifləndirmə sahəsində problemləri aşkara cıxarmaq, onları təhlil etmək və müzakirəyə cıxarmaq imkanları verib. Bundan başqa bölgədə fəaliyyət göstərən  hüquqşünasların ilk dəfə olaraq yerli media ilə təmaslarının yaradılması mümkün olub. Rayonda fəaliyyət göstərən hüquqşünasların yerli media ilə qarşılıqlı əməkdaşlıq bazası yaradılıb. Azərbaycan Jurnalistlər Birliyinin Media Hüquq Mərkəzi fəaliyyəti dövründə yerli jurnalistlər üçün hüquq kursları təşkil edib, informasiya əldə etməklə bağlı treninq keçirib. Eyni zamanda “Regional mediada informasiya mənbələrinin şəffaflığı” mövzusunda Cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər arasında sorğu keçirib. Layihə nəticəsində bölgə mətbuatının bir sıra problemlərini müəyyənləşdirmək imkanı yaranıb.

Bəlli olub ki, regional mətbuatda calışanların əksəriyyəti peşəkar jurnalist fəaliyyəti ilə məşğul olmamışlar və buna görə də bir cox  yerli jurnalistlər hüquqı mövzularda materiallar hazırlayarkən elementar hüquqi məsələlərdə hazırsızlıq və biliksizlik nümayiş etdirirlər. Bundan dolayı bir cox situasiyalarda məhz bu biliksizlik jurnalistin azad sözdən sui-istifadə etməsinə gətirib cıxarır. Regional qəzetlər maddi vəziyyətlərinin ağır olması üzündən kvalifikasiyalı vəkilin xidmətindən istifadə edə bilmir. Bölgədə qəzetlərə hüquqı xidmət göstərən vəkillər demək olar ki yoxdur. Bölgələrdə jurnalistləri məhkəmələrdə müdafiə edə biləcək yerli hüquqşünaslar yoxdur. Bu isə yerli mətbuatda media qanunvericiliyinin təbliği və KİV-lərdə peşəkarlıq standartlarının yaradılmasında ciddi problemdir. Media nümayəndələrinin hüquqi prosedurları zəif bilmələri və ya bilməmələri qəzetlərdə məlumatların verilməsi zamanı ciddi problemlər yaradır.

AJB-nin məsul katibi Şahin Babayev qeyd edib ki, bölgələrdə  jurnalistlər informasiya əldə etməklə bağlı ciddi manelərlə rastlaşırlar. Yerli məmurlar ümümiyyətlə rayon KİV-ləri ilə əməkdaşlıq etməkdən boyun qaçırırlar. Media Mərkəzinin apardığı sorğu zamanı bəlli olub ki, məmurlar məlumatları verərəkən ayrı seçkilik edirlər.  Həmçinin bəlli olub ki, yerli icra strukturlarında KİV-lə işləyən məmurlar və müvafiq şöbə yoxdur və sahədə iş pərakəndə halda aparılır.  Aparılan müşahidələr hazırkı bazar iqtisadiyyatı vəziyyətində regional KİV-ə hüquqı dəstəyin göstərilməsinin vacibliyini üzə cıxarıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?