Modern.az

“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar başlaya bilər"

“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar başlaya bilər"

25 Noyabr 2016, 21:25

"Mən düşünmürəm ki, bu ilin sonunda və yaxud gələn il Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar başlasın". Modern.az saytı xəbər verir ki, APA- nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

 

Onun sözlərinə görə, hər iki tərəfdə bununla bağlı hazırlıq işləri gedir: "Hazırda  nümayəndə heyətlərinin formalaşması prosesi gedir. Mən deyə bilərəm ki, faktiki olaraq bütün qurumlar iştirak edəcək. Şübhəsiz ki, əsas qurum rolunda XİN olacaq. Çünki bu qurum koordinatordur. Eyni zamanda, şübhəsiz ki, enerji, iqtisadiyyat və digər sahədən olan qurumlarda təmsil olunacaq".

 

Mahmud Məmmədquliyev əlavə edib ki, danışıqlarda siyasi cəhətdən ilkin məsələ Dağlıq Qarabağ münaqişəsində  Aİ-nin qəti mövqeyinin olmasıdır.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır