Arxiv
15 mart 2011, 19:43 | İQTİSADİYYAT
Öncə İnsan

...Son 2 günün statistikası:

Azərbaycan ordusunun əskəri xəstəlikdən öldü.

Azərbaycan ordusunun əskəri özünü asdı.

...Soyuq xəbər başlıqları.

Sonuncunun, yəni intihar edən əskərin ordudan tərxis olunmağına 3 ay qalıbmış...

Anası yolunu gözləyirdi...

Bəlkə sevgilisi də...

...Anası hər dəfə oğlunun ordudan tərxis olunacağını xatırlayanda gəlini üçün aldığı nişan üzüyünü sandıqdan çıxarıb yun şalının ucluğuna sürtüb parıldadar, gün işığına tutub necə göründüyünə baxar və yenidən titrək əlləriylə ən qiymətli, ən əziz əşyalarının arasında gizlədərdi...

Bütün analar kimi...

...Lənət olsun! İnsan statistika deyil! İnsan xəbər deyil! İnsan İnsandı! Onun dəyərinin verilmədiyi yerdə heç bir nəsnənin dəyəri yoxdur!

Hər şey insandan başlayır. Hətta Allah da! Çünki Həqiqət yalnız dərk olunduqda təzahür edə bilər!

İnsanın dəyərləndirilmədiyi cəmiyyət isə Allahsız cəmiyyətdir. Belə cəmiyyətlərdə Tanrının buyurduğu bütün yüksək dəyərlər sadəcə statistikadır, xəbərdir, görüntüdür, soyuq epitetdir, texnologiyadır! 

Ən güclü silah - İnam və Etimad

 

...ATƏT sədrinin snayperlərin təmas xəttindən geriyə çəilməsi barədə açıqlamasından sonra maraqlı bir əhvalatın qulaq şahidi oldum. Cəbhə bölgəsindəki vəziyyət barədə ətraflı bilgiyə malik olan soydaşlarımızdan biri təmas xətti boyu səngərlərdə üz-üzə dayanan əsgərlərin snayperlərə münasibətindən danışırdı. Sən demə az qala bütün hərbi xidmət müddətlərini eyni səngərdə keçirən əsgərlər tez-tez əvəzlənən snayperlərin təmas xəttində olmaları barədə bir-birilərini məlumatlandırırmışlar... Bu məlumatın həqiqətə nə qədər uyğun gəlib-gəlmədiyini təsdiqləyə bilmərəm. Bunun üçün əlimdə heç bir imkan yoxdur və indiki halda olması mümkün də deyil. Amma... əgər həqiqətdirsə?!

Şübhəsiz ki, kimsəni xəyanətdə suçlamaq niyyətində deyiləm. İnsan üçün həyatı əzizdir. Hər kəs nəyin bahasına olursa-olsun sağ qalmağa, gələcəkdə onu nələrin gözləməsindən asılı olmayaraq həyatını davam etdirməyə çalışır. Hətta müharibə şəraitində də... Amma mən "ehtiyatlı ol, snayper var" xəbərdarlığı ilə bağlı əhvalatdan fərqli bir nəticə çıxarmağın tərəfdarıyam. Əsgər, zabit, yaxud düşmənlə üz-üzə dayanan istənilən şəxs qarşı tərəflə yalnız bir halda - sağ qalmaq, həyatı üçün olan real təhlükəni adlatmaq naminə bu və ya digər şəkildə könüllü anlaşmaya girə bilər. Bu isə mənəvi-ideoloji aşınmadan, ədalət və humanizm prinsiplərinin kobud şəkildə pozulmasından doğan aşırı fərdiyyətçilikdən, reflektiv özünümüdafiə instinktinin yüksək dəyərlərə üstün gəlməsindən xəbər verir.

Böyük ideallar və dəyərlər naminə öz azadlığının bir hissəsinin məhdudlaşdırılmasına könüllü şəkildə razılıq verən şəxs özünün, mənsub olduğu cəmiyyətin, vətəndaşı olduğu ölkənin azadlığının və təhlükəsizliyinin keşiyində dayanan Azad İnsandır. O daha böyük amallar uğrunda mücadilə apardığını, daşıdığı missiyanın aliliyini dərk etdikcə mətinləşir, sinəsinə sıxdığı silahdan daha güclü, daha sərrast bir silah qazanır. Bu silahın adı İnam və Etimaddır.

Məşhur Fermopil döyüşündə Kserksin nəhəng və dişinədək silahlanmış ordusuna qarşı döyüşdə ağlasığmaz qəhrəmanlıqlar göstərən və adları tarixin yaddaşına əbədi həkk olunmuş 300 azad spartalını xatırlayaq!

Həhəng Roma imperiyasını və onun azad, qürurlu insanlardan ibarət legionlarını yada salaq!

Corc Vaşinqton intizamlı ordunu azad cəmiyyətin dayağı hesab edirdi: "İntizam orduda, qanunlar isə mülki cəmiyyətdə insan hüquq və azadlıqlarının keşikçiləridir. İntizamlı orduda və azad cəmiyyətdə şöhrətə aparan yollar hər kəs üçün açıqdır".

Babək "Bir gün azad yaşamaq qırx il qul kimi ömür sürməkdən daha şərəflidir", - deyirdi və məhz buna görə dünyaya meydan oxuyan xilafətin nəhəng ordularına qarşı 20 il şərəflə mücadilə apara bildi...

...Bu yazıda tarixdən və onun düzənini dəyişən şəxsiyyətlərdən çoxlu sayda iqtibas gətirə bilərəm. Amma bütün bu iqtibasların bətnində ortaq bir amilin - İnsanın dayandığını bildiyim üçün buna lüzum görmürəm.

İnsan şəxsiyyəti və qüruru isə toxunulmazdır! İnsan yalnız dərk etdiyi həqiqət və inandığı amallar uğrunda mübarizə aparanda məğlubedilməz olur!

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirilir 5 Avqust 2020, 15:42 TƏBİB mərhum jurnalistin oğlunun müraciətini araşdırır 5 Avqust 2020, 15:42 “Şərqin Parisi”ni xarabazarlığa çevriən partlayış: Beyrutda nə baş verdi? – VİDEO 5 Avqust 2020, 15:37 Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA 5 Avqust 2020, 15:23 İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişiklik I oxunuşda qəbul edilib 5 Avqust 2020, 15:20 Siyavuş Novruzov: “Kim korrupsiya ilə məşğuldursa, adı deyilsin” 5 Avqust 2020, 15:18 Kamran Əliyevdən 6 ayın HESABATI: “103 cinayət qrup zərərsizləşdirilib” 5 Avqust 2020, 15:17 Bakıda onlayn narkotik satan şəxslər saxlanıldı 5 Avqust 2020, 15:10 AQTA sədrinə yeni müavin təyin olunub 5 Avqust 2020, 15:03 Baş Prokurorluqda 100-dən artıq əmr ləğv edildi 5 Avqust 2020, 14:57 “Simpsonlar” Beyrutdakı partlayışla bağlı dünyanı heyrətləndirdi - FOTO 5 Avqust 2020, 14:55 Azərbaycanlı işçi Livanda “Hizbullah”a necə “ƏSİR DÜŞDÜ”... 5 Avqust 2020, 14:43 Bu ölkələrə koronavirus yenidən qayıdır - SİYAHI 5 Avqust 2020, 14:40 Naqif Həmzəyev: Meşə tipli parkın salınması gələcək nəslə töhfədir 5 Avqust 2020, 14:33 DİM: Rezidentura umtahanının nəticələri yaxın 2-3 gündə elan ediləcək 5 Avqust 2020, 14:29 Agentlikdən pandemiya ilə mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər barədə AÇIQLAMA 5 Avqust 2020, 14:25 Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı video konfrans keçirilib 5 Avqust 2020, 14:20 Baş Prokurorluqda kadr islahatları: 114 nəfər rəhbər vəzifələrə təyin olunub 5 Avqust 2020, 14:13 Azərbaycanda COVID-19 virusuna yoluxmuş 10 nəfərə cinayət işi açılıb 5 Avqust 2020, 14:13 Baş Prokurorluqda generalın oğluna vəzifə verildiyi təzə xəbər deyilmiş - AÇIQLAMA 5 Avqust 2020, 14:10 Baş Prokurorluqda yeni dəyişikliklər oldu - Bəzi idarə və şöbələr ləğv edildi 5 Avqust 2020, 14:00 Qoşunlarda yay tədris dövrü başlayıb 5 Avqust 2020, 13:56 Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq 5 Avqust 2020, 13:53 Deputatdan parlamentdə sərt ÇIXIŞ: “120-140 manata virus testi olar?” 5 Avqust 2020, 13:47 Xocalı abidəsinin yeri dəyişdirildi 5 Avqust 2020, 13:41 Sərt karantinin tətbiq edildiyi yerlərdə məhkəmələr hansı qayda ilə keçiriləcək? 5 Avqust 2020, 13:36 Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 5 Avqust 2020, 13:28 Müavini Fəttah Heydərovdan DANIŞDI: “Heç kəs düşünmürdü ki, qəfil aramızdan gedəcək” 5 Avqust 2020, 13:27 Neft Beyrutdakı partlayışdan sonra BAHALAŞDI 5 Avqust 2020, 13:21 Baş Prokurorluq Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 5 Avqust 2020, 13:18 Xarabaya çevrilən Beyrut limanının strateji əhəmiyyəti ... 5 Avqust 2020, 13:14 “Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub” - Nazir 5 Avqust 2020, 13:12 Sahil Babayev: “Azərbaycan minimum pensiya məbləğinə görə MDB-də 1-ci yerdədir” 5 Avqust 2020, 13:00 Parlament büdcə dəyişikliyini 1-ci oxunuşda qəbul etdi 5 Avqust 2020, 12:56 Siyavuş Novruzov deputatları dövlətin yanında olmağa SƏSLƏDİ 5 Avqust 2020, 12:48