Modern.az

Bakıdakı yarmarkalarda at-eşşək əti satılır? - Nazirlikdən REAKSİYA

Bakıdakı yarmarkalarda at-eşşək əti satılır? - Nazirlikdən REAKSİYA

28 Aprel 2017, 16:26

Bəzi KİV-də “Elba MMC-də murdar ət aşkarlandı“ sərlövhəli məqalədə, məlum olmayan “mənbəyə” istinadən Bakıda Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalara “Elba999” MMC-nin dəstəyi ilə mənşəyi məlum olmayan ət göndərildiyi bildirilir.

 

Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a bildilib ki, 10 ildən artıq bir müddətdə Bakı şəhərinin 5 rayonunda və Sumqayıt şəhərinin 2 ünvanında kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir.

“Yarmarkaya çıxarılan heyvan və heyvan mənşəli məhsulların sağlamlığına və keyfiyyətinə Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən baytarlıq nəzarəti həyata keçirilir və həmin məhsullar müayinə edildikdən sonra satışa buraxılır.

Bundan əlavə, yarmarkaya bölgələrdən gətirilən ət məhsullarına yerli rayon baytarlıq idarələri tərəfindən heyvan ətlərinin sağlamlığını və insan qidası üçün yararlığını təsdiq edən müvafiq sənədlər verilir və müayinə edildikdən sonra ətlərə möhür vurulur.

Şəhər və rayonlarda təşkil olunmuş yarmarkalarda satışa çıxarılan heyvan və heyvan mənşəli məhsullara baytarlıq idarələrinin əməkdaşları tərəfindən baytarlıq nəzarəti həyata keçirilməklə ətlər əlavə müayinədən keçirilir və bundan sonra ətin satışına icazə verilir.

Yarmarkalar təşkil olunduğu müddət ərzində “Elba999” MMC tərəfindən heç vaxt yarmarkalarda ət məhsulları satışa çıxarılmamış və qeyd olunan məlumatlar həqiqəti əks etdirmir”.

 

Daxili İşlər Nazirliyinin Daşkəsən Polis Şöbəsinin əməkdaşları tərəfindən Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən "Elba999" MMC-yə məxsus heyvan kəsimi və emalı fabrikində aşkar olunmuş mənşəyi məlum olmayan sümüksüz heyvan ətləri baytarlıq nəzarətindən kənar, gizli şəkildə tədarük olunub. Daşkəsən Polis Şöbəsinin əməkdaşlarının, Daşkəsən Rayon Baytarlıq İdarəsinin və "Elba999" MMC-nin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş aktda da qeyd olunub ki, həmin ətlərin mənşəyinə və sağlamığına dair heç bir sənəd mövcud deyil, ətlərin üzərinə heç bir möhür vurulmayıb. Baytarlıq idarəsinə həmin sexin fəaliyyət göstərməməsi barədə məlumat verilib. Buradan bir daha aydın olur ki, sexdə mənşəyi məlum olmayan ətlərin tədarükü baytarlıq nəzarətindən kənar, gizli şəkildə həyata keçirilib.

 

Tərtib olunmuş akta və aşkar olunan faktlara istinad edərək deyə bilərik ki, Daşkəsən Rayon Baytarlıq İdarəsi tərəfindən aşkarlanan ətlərin mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq arayışı verilməyib və ətlərin üzərində heç bir baytarlıq möhürü olmayıb. Sexdə aşkarlanan ətlərin mənşəyinə və sağlamlığına dair heç bir müvafiq sənəd olmadığı üçün həmin ətlər mənşəyi məlum olmayan ət kimi sənədləşdirilib, mənşəyini və sağlamlığını müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Kənd Təsərrüfatı Nazirliyi və onun müvafiq strukturları haqqında yazılan məlumatların heç biri həqiqəti əks etdirmir və əsassızdır.

Əksinə, qeyd etmək istəyirik ki, uzun müddətdir ki, Kənd Təsərrüfatı Nazirliyi və onun müvafiq qurumları mənşəyi məlum olmayan, insan qidası üçün yararsız olan ətləri gizli yolla satışa çıxaranlara qarşı mübarizə aparır, onların bu hərəkətlərinin qarşısını almaq üçün mütəmadi yoxlamalar apararaq insan qidası üçün yararsız ətlərin satışının qarşısanı alaraq zərərsizləşdirir”,-nazirlik bəyan edib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir