Modern.az

Dövlət qulluğuna qəbul imtahanlarında DƏYİŞİKLİK  

Dövlət qulluğuna qəbul imtahanlarında DƏYİŞİKLİK   

10 İyul 2017, 11:10

Dövlət qulluğuna test imtahanlarının növləri ilə bağlı dəyişikliklər edilib. Modern.az-ın məlumatına görə, bu haqda Dövlət İmtahan Mərkəzinin (DİM) hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov iyulun 10-da “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda deyib.

Şöbə müdiri bildirib ki, dövlət qulluğunun test imtahan mərhələlərində açıq tipli və esse tipli testlərdən istifadə olunacaq.

V.Əsgərov qeyd edib ki, vakant vəzifənin tutulması barədə qərar vakant vəzifələrin yarandığı gündən bir ay müddətinə verilir. O deyib: “Vakant vəzifə daxili müsahibə nəticəsində tutulmadıqda 30 gün müddətində ümumi müsahibə barədə qərar qəbul edilir. Vakant vəzifə ümumi müsahibə nəticəsində tutulmadıqda müsabiqə keçirilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi