Modern.az

Bakıda Uşaq kino bayramı keçiriləcək

Bakıda Uşaq kino bayramı keçiriləcək

13 Noyabr 2009, 18:20

Mədəniyyət və Turizm Nazirliyi noyabrın 19-da Dövlət Film Fondunun yeni binasında Uşaq kino bayramı keçirəcək.
Modern.az nazirliyə istinadən xəbər verir ki, "Uçaq ili" çərçivəsində təşkil olunan tədbirin proqramına Heydər Əliyev Fondu ilə birgə hazırlanmış “Bir nağıl söylə mənə” cizgi filmlərinin yeni toplusunun təqdimatı, rejissor Firəngiz Qurbanovanın “Nuş olsun” cizgi filminin ilk baxışı və Dövlət Film Fondunun nəzdində Uşaq kino evinin açılışı daxil edilib. Bayramda uşaq evlərinin yetirmələri, uşaq problemləri ilə məşğul olan dövlət və ictimai  təşkilatların nümayəndələri iştirak edəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir