Modern.az

Tbilisidə Ermənistana etiraz aksiyası keçirilib

Tbilisidə Ermənistana etiraz aksiyası keçirilib

Aktual

31 Avqust 2017, 18:24

Gürcüstanın hökumət administrasiyasının binası qarşısında Ermənistanda yerləşən qədim gürcü dini abidəsinin hazırkı vəziyyəti ilə bağlı aksiya keçirilib.
 


APA-nın yerli bürosunun məlumatına görə, “Kartuli dzala” (“Gürcü gücü”) millətçi təşkilatının fəallarının keçirdiyi aksiyada Ermənistan tərəfindən Hucabi monastırının mənimsənilməsinə etiraz bildirilib. Etirazçılar Gürcüstan hökumətini adıçəkilən monastırın taleyinə biganə qalmamağa çağırıblar. Aksiyada "Hucabi Gürcüstanındır!", "Yaşasın Gürcüstan!" şüarları səsləndirilib.
 


Aksiya iştirakçılarının sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədinin demarkasiyası üzrə danışıqlar zamanı Hucabi monastırının Gürcüstana qaytarılması məsələsi qaldırılmalıdır.
 
Qeyd edək ki, Hucabi monastırı Gürcü Pravoslav Kilsəsinin ən böyük ziyarətgahlarından biridir. SSRİ dağılandan sonra Ermənistan sərhədi tədricən 400 metr irəli çəkərək monastırı mənimsəyib. Hazırda monastır məhv olmaq təhlükəsi altındadır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır