Arxiv
31 Avqust 2017, 22:32 | AKTUAL
Yunanların ailə quran cütlüyün masasına qoyduqları bitki – “SEVGİ BƏHRƏSİ”

Orqanizmdə 500-dən artıq funksiyanı yerinə yetirən qaraciyərin qorunması sağlamlıq üçün olduqca vacibdir. Bu həyati vacib orqanın profilaktikası və müalicəsi üçün isə ənginar (artişok) ən yaxşı təbii dərman və vasitədir. Bu bitki zəngin vitamin və mikroelementlərlə bütövlükdə orqanizm üçün bir çox faydalı xüsusiyyətlərə malikdir. Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı ənginarın faydaları haqqındadır.

Xalq təbabətində ənginarın qurudulmuş yarpaqlarından, çiçəklərindən, kökündən, toxumlarından və şirəsindən istifadə olunur.

Ənginar qaraciyər hüceyrələrini bərpa edir, onları toksinlərdən qoruyur, zərərli maddələrdən təmizləyir və maddələr mübadiləsini tənzimləyir.

Ənginarın tərkibində olan sinarin aterosklerozun inkişafına mane olur. Bu bitkidən iki həftə istifadə etdikdən sonra “pis” xolesterenin səviyyəsi kəskin şəkildə aşağı düşür, insanın səhhətində nəzərəçarpacaq dərəcədə müsbət dəyişikliklər müşahidə olunur. Həmçinin, sinarin orqanizmə ödqovucu və sidikqovucu təsir göstərir.

Bütün bunlarla yanaşı, ənginarın tərkibində olan sinarin ən güclü təbii antioksidantldır ki, o, C vitamini ilə birlikdə sərbəst radikalların fəaliyyətini neytrallaşdırır, vaxtından əvvəl yaşlanmanın qarşısını alır, ürək-damar xəstəliklərinin və xərçəng hüceyrələrinin yaranmasına mane olur.

Ənginar yüksək qan təzyiqi olanlar üçün təbii dərmandır. Bu birkidən müntəzəm istifadə etməklə qan təzyiqini normada saxlamaq mümkündür.

Qanda şəkərin miqdarını tənzimləyən ənginar diabet xəstələri üçün də olduqca faydalıdır.

Avitaminoz zamanı ənginar şirəsindən istifadə etməklə orqanizmin vitamin tələbatını ödəmək olar.

Qədim Yunanstanda ənginardan cinsi fəallığın artırılması məqsədi ilə istifadə ediblər. Elə bir çox Avropa ölkələrində də toy mərasimlərində ailə quran cütlüyün masasına ənginar qoyulur. Ənginarın cinsi həvəsi artırmaq, potensiyanı gücləndirmək xüsusiyyətlərinə görə bu bitkiyə həm də “sevgi bəhrəsi” də deyilir.

Mədə xorası, mədə şirəsinin turşuluq dərəcəsi aşağı olanlar ənginardan məhdudiyyətlə istifadə etməlidirlər. Həmçinin qan təzyiqi aşağı olanlara da bu bitkidən istifadə etmək məsləhət görülmür.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:23 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 Nəqliyyatçılar şəhidləri yad ediblər - VİDEO 4 Dekabr 2020, 14:46 Şuşa qalasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 14:40 Gəncədə şəhidlərin xatirəsi anılıb - FOTO 4 Dekabr 2020, 14:34 Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO 4 Dekabr 2020, 14:28 Trampın qızı prokurorluqda ifadə verdi 4 Dekabr 2020, 14:22 “Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55 Şəhidlərin ruhuna vəhdət namazı qılındı - FOTO 4 Dekabr 2020, 12:50 Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək... 4 Dekabr 2020, 12:44 Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ 4 Dekabr 2020, 12:38 Şəhid xanəndənin ailəsi üçün ev tikiləcək - VİDEO 4 Dekabr 2020, 12:32 Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 12:26 AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı 4 Dekabr 2020, 12:20 Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Niderland Krallığında yaşayan soydaşlarımız etiraz olaraq aksiya keçiriblər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı - VİDEO 4 Dekabr 2020, 12:00 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?