Modern.az

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

1 Sentyabr 2017, 11:53

Sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə  22-25° isti, gündüz  30-35° isti, Bakıda gecə  23-25°, gündüz  32-34° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  758  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə  75-85 %, gündüz  45-50 % olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə  19-24°, gündüz  33-38° isti, dağlarda gecə 13-18°, gündüz  23-28° isti olacağı gözlənilir.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir