Arxiv
28 Sentyabr 2017, 09:45 | ƏDƏBİYYAT
Universiteti həyatı qədər sevən insan

Cahangir MƏMMƏDLİ

Mən universitetlə bağlı bütün yazılarımda bu məkanın müqəddəsliyini, Vətən, millət, xalq yolunda tarixi və müasir xidmətlərinə görə məbəd kimi qəbul etdiyimizi həmişə dilə gətirmişəm. 


Universitet və konkret olaraq, bizim Bakı Dövlət Universitetimizin min bir tellərlə xalqa bağlılığı onu müqəddəs tutmağımızı şərtləndirən ən vacib faktordur. Azərbaycanın ən müqtədir adamlarının haçansa bu universitetdə təhsil alması, məzun olduqdan sonra universitet adı ilə fəxr edib də milli mədəniyyətimizi inkişaf etdirən, elmi potensialımızı gerçəkləşdirən, Azərbaycanımızın dünya arenasına çıxmasına dəstək verən və nəhayət, ləyaqətli vətəndaş adını daşıyan yüzlərlə məzunumuz var. Və bu universitetin sabah belə şəxsiyyətlərə çevriləcək iyirmi minlik tələbə ordusu var. Bu iyirmi minlik tələbə ordusu hər dörd ildən bir bu müqəddəs təhsil ocağını bitirib də elmimizin, mədəniyyətimizin, təhsilimizin keşiyində durur. Belə bir müqəddəs elm, təhsil məbədində çalışan hər kəs - rəhbərlikdən tutmuş adi əməkdaşadək hər kəs bu mikrovətən məkanında özünün bacarığını -  Vətənə, millətə, təhsilə, elmə sevgisini öz işi ilə nümayiş etdirməlidir. Bu gün Bakı Dövlət Universitetinin, istisnasız olaraq, bütün kollektivi içində, qəlbində bu sevgini yaşatmaqda, həyati faktlarla sübut etməkdədir. İçində universitet sevgisi yaşadan əməkdaşlardan biri də bu böyük kollektivin yaxından tanıdığı, insanlığına, ləyaqətinə, vətəndaşlığına hörmətlə yanaşdığı Fikrət Şiriyevdir. 



Fikrət müəllim uzun müddətdir ki, həm bitirdiyi filologiya fakültəsində dərs deyir, həm rektorumuzun köməkçisi vəzifəsini, həm də Universitet Həmkarlar Komitəsinin sədri kimi iki mühüm görəvi yerinə yetirir. Qəribədir, bir çox digər vəzifələrdən fərqli olaraq, rektorun köməkçisi və Həmkarlar Komitəsinin sədri kimi vəzifənin hər ikisi adamdan çox böyük insanlıq, əməkdaşlara hörmət və məhəbbət, diqqətcillik və qayğı tələb edir. Bunlar, əlbəttə, bütövlükdə hər bir məmur üçün, insanlarla ünsiyyətdə olan hər kəs üçün mütləq bir keyfiyyət faktı olmalıdır. Amma bir iş də var: Fikrət müəllimin hər iki vəzifəsi birbaşa universitet əməkdaşları ilə intensiv münasibətdən keçir. Təkcə Bakı Dövlət Universitetinin çoxminli kollektivi deyil, məncə, bütün Azərbaycan cəmiyyəti bu universitetin rektoru - Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, akademik Abel Məhərrəmovun idarəçilik metoduna, onun bu kollektivdə çalışan ən yüksək vəzifəli rəhbər işçisindən tutmuş adi əməkdaşa, universitet mühitində biliyi və bacarığı ilə seçilən tələbədən tutmuş cığal tələbəyə qədər hər kəsə böyük hörmətinə, xüsusi yanaşma tərzinə, qayğılı münasibətinə yaxşı bələddir. Bəlkə belə bir rəhbər adamın yanında illərlə çalışmaq bu məktəbin bütün gedişlərinə yiyələnməyə bəs edir. Və Fikrət müəllimi tanıyanlar onun hər kəsə - rektora müraciət edəcək hər kəsə necə hörmətlə yanaşmasının şahididir. Bu mənada Fikrət Şiriyev universitet rəhbərliyinə yaraşan bir əməkdaşdır. Mən şəxsən rektorumuzun hər həftə baş tutan qəbul saatlarında Fikrət müəllimin bir yerdə oturduğunu görməmişəm. Belə vaxtların bütün anlarında Fikrət Şiriyev ayaq üstdədir; valideyn qarşılayır, rektora təqdim edir, yaranmış problemin mahiyyətini açır və onun hüquqi həllinə yardımçı olur. 



Fikrət Şiriyev müsahibələrinin birində heç vaxt dilə gətirmədiyi bir sirri açır: "...Mən həyatım boyu gördüyüm işləri qabartmamışam. Sadəcə, çalışmışam, insanların işinə yarayım. Məsələn, universitetdə demək olar ki, heç kəs bilmir ki, məzun gününün ssenarisini də mən yazıram, rejissorluğunu da özüm edirəm, yaxud mart soyqırımı, Xocalı soyqırımı, 20 Yanvar faciəsi və eləcə də digər hadisələrlə əlaqədar universitetdə keçirilən tədbirləri mən hazırlayıram. Ən kiçik işlərdən, deyək ki, BDU-nun telefon kitabçasının sıfır vəziyyətindən hazırlanmasından, BDU ilə əlaqədar çəkilən filmlərin (məs.,"Dünya şöhrətli məzun" filminin ssenari müəllifiyəm), yaxud yeni tədris korpusunun arxasındakı parkın salınmasına qədər, nə eləmişəmsə, çalışmışam, heç kəs bilməsin. Yeri gəlmişkən, həmin parkın yerində stadiondan tennis kortuna kimi neçə-neçə layihə hazırlanmışdı, mən böyük zəka sahibi olan Abel müəllimi əmin edə bildim ki, parkı çatdırarıq və bu, daha praqmatik variant olar. 20 günün ərzində layihə də hazırlandı, 2000 nəfər əməkdaşımız iməciliyə çıxdı və çoxunun yaxşı xatırladığı zibilliyin yerində gözəl bir park salındı..."


Şəxsən mən də çox tədbirin şahidiyəm ki, Fikrət müəllim o tədbirlərin universitetə layiq şəkildə keçirilməsinə həmişə xüsusi diqqət yetirib. 


Xeyli vaxt bundan əvvəl Universitetimizin əməkdaşları - Pərvanə İbrahimova, Kəramət Böyükçöl və Anzulə Əmirova Fikrət Şiriyevdən bir müsahibə alıblar. Əvvəlcə qeyd edim ki, adlarını çəkdiyim əməkdaşların hər biri ustad qələmləri olan jurnalistlərdir və müsahibi necə dindirməyi çox yaxşı bacarırlar. Həmin müsahibənin preambulasında Fikrət müəllimi üç sözlə ifadə edirlər: xeyirxah, enerjili və qədirbilən. Tam doğru qeyd edirlər ki, "bütün universitet onu belə tanıyır, elə bu cür də sevir. Bəzilərinin zənnincə o, jurnalistlərdən yaxşı jurnalist, bəzilərinə görə yaxşı şair, dilçi - alimdir. Ən əsası isə odur ki, Fikrət müəllim gözəl insandır. Hamının dərdinə şərik olan, halına yanan bir insan". Mən beş il bundan əvvəlin müsahibəsindən bu sitatı ona görə bu yerə köçürtdüm ki,  o sətirlərin altından bu günün özündə mən də qürurla imza qoyardım. Çünki Fikrət müəllimi Allah deyilən kimi yaradıb və o, heç bir situasiyada dəyişəcək adam deyil. Onun haçansa sevib-seçdiyi həyat yoldaşına həsr etdiyi bir şeirdə sevgisinin də dəyişməz olduğunu poetik şəkildə ifadə edir:

 

Çox şey dəyişəcək, həyatda çox şey,
Çox şey qiymət tapıb-itirəcəkdir.
Vədəli-vədəsiz əsən küləklər
Ömrümüzə nələr gətirəcəkdir -
Sənə olan sevgim dəyişməyəcək!
...Çəmənlər rəngini, güllər ətrini,
Çaylar məcrasını dəyişəcəkdir
Sənə olan sevgim dəyişməyəcək!..

 

Fikrət müəllim bu dəyişməz sevgi ilə ləyaqətli bir Azərbaycan ailəsi böyütdü: adına layiq, ünvanına layiq, universitet adresinə layiq bir ailə!


Fikrət Şiriyevin universitetdə ikinci vəzifəsi - Universitet Həmkarlar Komitəsinin sədri görəvi də ondan xüsusi diqqət, qayğı və həssaslıq tələb edir. Onun oturduğu həmkarlar kabinetinə hər gün neçə-neçə universitet əməkdaşı müraciət edir: müxtəlif sanatoriyalara istirahət və müalicə üçün yollayışlar, əmək haqqının bəzi problemləri, yubileyi keçiriləcək əməkdaşlara rəhbərliyin təbrik və mükafatlarını diqqətdə saxlamaq və s. önəmli məsələlər. Bu anlarda Fikrət müəllimin ona müraciət edən hər kəsə yaxın bir dost, qardaş münasibəti hamını heyran qoyur. Ümumiyyətlə, həyatının bütün məqamlarında xarizmatik bir insan kimi tanıdığımız Fikrət Şiriyev Həmkarlar Komitəsindəki işində də bu keyfiyyəti axıradək qoruyub saxlamaqdadır. 


Fikrət müəllim Masallıda - rayon yerində doğulub. Amma lap kiçik yaşlarından atasının işi ilə bağlı olaraq ailə Bakıya - bu böyük şəhərə köçüb. Etiraf edək ki, böyük şəhərlərlə kiçik kəndlər arasında ciddi fərqlər olur: şəhərlər insanları xeyli dərəcədə bir-birinə ögeyləşdirir, etinasızlaşdırır...



Amma Fikrət müəllim belə olmadı. O, bütün xarakteri ilə ətrafına, insanlara bağlı adamdır və bu bağlılıqda səmimi bir sevgi, səmimi bir dostluq telləri var. Fikrət müəllim işinin ən qızğın vaxtında da rast gəldiyi adamın qarşısında mütləq ayaq saxlayır və onun şad anına, probleminə şərik olur.


Fikrət Şiriyev həm də tələbələrinin çox sevdiyi bir müəllimdir. Filologiya fakültəsini bitirib və uzun illərdir ki, elə bu fakültədə dərs də deyir. Tələbələrinin ona sevgisinin əsas səbəbi onun müəllimlik səmimiyyətidir. Universitet əməkdaşlarına səmimi münasibəti tələbə auditoriyasında bir az da güclənir. Uzaqdan gələn, rayon mühitindən gələn tələbələrin yataqxana problemindən tutmuş, rektorun göstərişi ilə imkansızların universitet yeməkxanasında yeməklə təmin olunmasına qədər hər yerdə onlara sahib çıxır.


Fikrət müəllimə tələbə sevgisinin bir ucu da onun öz ixtisasını - filologiyanı ustadcasına bilməsidir. Bu işdə ona ustadlıq etmiş orta məktəb və universitet müəllimlərini dərin minnətdarlıqla xatırlayır və bütün həyatını müəllimlərinə borclu olduğunu fəxrlə, qürurla dilə gətirir. O, rektor Abel müəllimi də müəllimlər müəllimi kimi qiymətləndirir, ondan çox şey öyrəndiyini qürurla söyləyir. Fikrət müəllimin bu barədə öz sözləridir: "Rektor Abel Məhərrəmovun fərqli cəhətləri olduqca çoxdur... Əsas xüsusiyyətləri haqda danışsaq, deyərdim ki, o, çox sədaqətli adamdır. Təkcə dostlarına, qohumlarına, Vətəninə yox, həm də elmə, təhsilə, universitetə fanatikcəsinə bağlı adamdır. Universitetin ən ağır illərində bir çoxları kimi o da qazanc dalınca xarici ölkələrə gedə bilərdi, mən yaxşı bilirəm, gözəl şansları var idi, bir çox haqsızlıqlarla qarşılaşırdı, ancaq universiteti heç nəyə dəyişmədi, mübarizədən çəkinmədi, sona qədər çalışdı. Bu gün bütün etimadları doğruldaraq hamının sevimli rektoru ola bilib. Təkrar edirəm, elmə, təhsilə, universitetə sədaqət Abel müəllimin əsas xüsusiyyətlərindən biridir və bu gün həmin cəhət xalqın xeyrinə işləyir".


Fikrət müəllim filologiyada ona dərs demiş müəllimlərdən danışarkən Universitetdə oxuduğu müddətdə Bəxtiyar Vahabzadə, Ağamusa Axundov, Tofiq Hacıyev, Xalid Əlimirzəyev. Fərhad Zeynalov, Əlövsət Abdullayev kimi alimlərə borclu olduğunu deyir.


Fikrət Şiriyevin universitetdə hər kəsi yaxından tanıdığını qeyd etdim, özünün dediyi sözlərdir: "Cəsarətlə deyərdim ki, universitet mənim ailəmdir, həyatımdır, vətənimdir. Burada mən üç min nəfərdən çox əməkdaşın, demək olar ki, hamısını adbaad tanıyıram, əksəriyyətinin soyadı, təvəllüd tarixi, xarakteri ilə yaxından tanışam. Bu, doğmalığın göstəricisidir". 


İxtisasca filoloq Fikrət müəllim yuxarıda da dediyim kimi, çox səviyyəli, modern şeirlər müəllifidir. Başqa cür ola da bilməzdi, çünki bu insanın xarakterini məhz poetik düşüncələri tamamlayır. 


Universitetdə hər kəsi sevgi ilə, dost münasibəti ilə qarşılayan və universitetin də çox sevdiyi Fikrət müəllimin 60 yaşı tamam olur. Dostumuzu, qardaşımızı, qayğıkeş Fikrət Şiriyevi bu müdrik çağında təbrik etməkdən qürur duyuram. Sevgilərlə dolu həyatını bundan sonra da uzun akkordlarla davam etdirsin!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tofiq Tağızadənin 100 illiyi ilə bağlı film çəkildi - FOTO 23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43 “Unudulmaz Bakı” - FOTO 23 May 2019, 16:40 Goranboyun icra başçısı tapşırıqlar verdi 23 May 2019, 16:38 Üzdə tük çıxarma kremləri orqanizmə zərər vurur? - Həkim RƏYİ 23 May 2019, 16:37 Zelenski Rusiya ilə birbaşa danışıqlardan imtina etdi 23 May 2019, 16:22 Zurabişvili Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası prosesinin bərpasını alqışlayır 23 May 2019, 16:21 Qanunvericilik reallıqla düz gəlməyəndə... - Deputatlar mübahisəli məqamları ŞƏRH ETDİLƏR 23 May 2019, 16:13 Ukraynalı turist qadın Bakıda gözəllik salonunda yandı 23 May 2019, 16:12