Modern.az

Bayıldakı sürüşmə zonasında yeni cihazlar quraşdırılacaq

Bayıldakı sürüşmə zonasında yeni cihazlar quraşdırılacaq

2 Mart 2018, 18:43

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində tədqiqatlar aparmaq üçün yeni cihazlar - topoqrafik reperlər quraşdırmağa başlayacaq.

 

Bunu Modern.az-a nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazidə üfüqi hərəkətləri izləmək üçün müşahidə nöqtələrində bir necə reper quraşdırılacaq. Bu cihazlar vasitəsilə ərazidəki kiçik tərpənişləri belə qeydə almaq mümkün olacaq.

Ə.Qaralov bildirib ki, hazırda Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində vəziyyət stabildir, ciddi aktivləşmə qeydə alınmayıb.

Qeyd edək ki, indiyədək ərazidə tədqiqatların aparılması üçün mayaklardan istifadə edilirdi. Lakin mayaklar Yer səthində çox kiçik tərpəniş olan kimi çatlayırdı.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu