Modern.az

ATƏT Azərbaycandakı prezident seçkilərinə müşahidəçilər göndərəcək

ATƏT Azərbaycandakı prezident seçkilərinə müşahidəçilər göndərəcək

3 Mart 2018, 10:07

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə müşahidə missiyası göndərəcək.

 

Modern.az  ATƏT-in saytına istinadən xəbər verir ki, fevralda Azərbaycanda səfərdə olan ehtiyacların qiymətləndirmə missiyası səfərlə bağlı hesabat açıqlayıb və Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməklə bağlı tövsiyə verib.

 

Bununla bağlı Büro 7 pozisiya üzrə vakansiyalar elan edib:

 

Missiya başçısı

Missiya başçısının müavini

Siyası analitik

Seçkilər üzrə analitik

Hüquqi analitik

Media-analitik

Uzunmüddətli müşahidəşilərin koordinatoru

 

Qeyd olunur ki, ölkəmizə 280 nəfərin bilavasitə seçkilər günü müşahidə üçün (qısamüddətli müşahidəçilər), həmçinin 30 uzunmüddətli müşahidəçinin göndərilməsi tövsiyə olunur.

 

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir