Modern.az

MSK nəzdində Müstəqil Media Mərkəzinin açılışı olub

MSK nəzdində Müstəqil Media Mərkəzinin açılışı olub

7 Mart 2018, 11:42

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının “Seçki - 2018” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.

Modern.az xəbər verir ki, martın 5-də Bakı şəhərində Hilton hotelində Müstəqil Media Mərkəzinin açılış mərasimi olub. Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Komissiya üzvləri və Katibliyin təmsilçiləri iştirak ediblər. Müstəqil Media Mərkəzində yaradılmış şəraitlə yaxından tanış olan MSK sədri yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin sərbəst və asanlıqla məlumat əldə etmələri, habelə digər seçki prosesi iştirakçılarına daha keyfiyyətli və səmərəli xidmət göstərmək üçün öz tövsiyələrini də verib.

Qeyd edək ki, yüksək tələblərə cavab verən zəruri texniki avadanlıqlarla təchiz edilmiş Mərkəzin yaradılmasında başlıca məqsəd seçkiləri geniş, operativ və obyektiv işıqlandırmaq, eləcə də seçkilərdə şəffaflığın təmin edilməsi üçün yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələrinə seçkilərlə bağlı məlumat əldə etməkdə və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərməkdir.

Burada media təmsilçiləri üçün kompüterlər, telefon və faks aparatları quraşdırılıb, həmçinin onlar pulsuz və fasiləsiz internetdən də istifadə edə bilərlər. Prezident seçkiləri dövründə 24 saat ərzində fəaliyyət göstərəcək Müstəqil Media Mərkəzi mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün də açıqdır. Prezidentliyə qeydə alınmış namizədlər öz seçkiqabağı təşviqat materiallarını Mərkəzdə yerləşdirə bilərlər.

Mərkəzin www.secki-2018.az internet səhifəsi də artıq Azərbaycan, rus və ingilis dillərində mütəmadi fəaliyyət göstərir. Bu səhifədə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir, həmçinin seçkilərlə bağlı foto və video görüntülər təqdim edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir