Modern.az

Oğuzda yanğın: mal-qara tələf oldu

Oğuzda yanğın: mal-qara tələf oldu

9 Mart 2018, 09:54

Oğuz rayonunun Bayan kəndində ümumi sahəsi 126 m2 olan tövlənin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 10 ton ot bağlaması yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın zamanı tövlədə olan iri və xırdabuynuzlu heyvan tələf olub. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır