Modern.az

Deputat isti yay günlərində seçicilərilə görüşləri davam etdirir (FOTOLAR)

Deputat isti yay günlərində seçicilərilə görüşləri davam etdirir (FOTOLAR)

1 Avqust 2011, 11:51

Deputat Novruz Aslanovun İsmayıllı rayonunun kəndlərində seçicilərlə görüşləri davam edir. İyul ayının 29-da deputat Təzəkənd kəndində, iyulun 30-da Yeniyol kəndində seçiciləri ilə görüş keçirib.  

Deputatın qərargahından verilən məlumata görə, hər iki görüş İcra Hakimiyyətinin başçısı, onun aparatı və yerli hökumət strukturlarının rəhbərləri ilə birgə keçirilib.

Görüzdə Novruz Aslanov rayonda sosial-iqtisadi sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə söhbət açıb, İsmayıllı rayonunda kəndlərin problemlərinin həllində tədbirlərin davamlı olaraq həyata keçiriləcəyini vurğulayıb.

“Son illərdə bir çox kəndlərdə kommunal xidmətlərin yüksəldilməsi, yeni yolların çəkilişinin aparılması və digər sosial yönümlü layihələrin həyata keçirilməsi sakinlərin rifahının yüksəldilməsi üçün görülən işlərdəndir. Kənd sakinləri əsasən kəndə gedən yolun təmirinə, içməli su və elektrik dirəklərinin dəyişdirilməsinə köməklik edilməsini xahiş ediblər. Millət vəkili bu məsələlərə  dair əlaqədar təşkilatlara müraciət edəcəyini bildirib”-deyə qərragahdan məlumat verilib.
 
İyulun 30-da Novruz Aslanov və İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovla birgə Yeniyol kəndinə təbii qazın verilməsi ilə bağlı tədbirdə iştirak ediblər. Tədbirə gələn sakinlər bu münasibətlə deputata və rayon İcra Hakimiyyətinin başçısına öz təşəkkürlərini bildiriblər. Sonra təbii qazın açılışı simvolik qaz xəttinin yandırılması ilə yekunlaşıb.
Bu görüş kəndlərdə Novruz Aslanovun keçirdiyi sayca 9-cu görüşüdür. Digər görüşlər deputatın rayon mərkəzindəki ofisində keçirilib.









Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...