Modern.az

Milli Məclisin xanım deputatları Kiprdən qayıdıblar

Milli Məclisin xanım deputatları Kiprdən qayıdıblar

1 Avqust 2011, 16:01

Azərbaycan Milli Məclisinin deputatları Leyla Abdullayeva və Sevinc Hüseynova Şimali Kipr Türk Cümhuriyyətindən səfərdən qayıdıblar.
Səfər barədə Modern.az-a məlumat verən Leyla Abdullayeva bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin “Sülh və Azadlıq Bayramında” iştirak ediblər. Səfər  Şimali Kipr Türk Cümhuriyyətinin Məclis başqanı Həsən Bozərin dəvəti və Yeni Azərbaycan Partiyasının xətti və dəstəyi ilə həyata keçirilirib.

Azərbaycan deputatları səfər müddətində Şimali Kipr Türk Cümhuriyyətin prezidenti Dərviş Ərioğlu, Məclis başqanı Həsən Bozər, Baş nazir İrsen Küçük, xarici işlər naziri Hüseyn Özgürgünla görüşüblərk. Deputtaların qatıldığı bayram tədbirində Türkiyə  baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Türkiyə baş naziri azərbaycanlı millət vəkillərinin tədbirlərə qatılmasını yüksək qiymətləndirib.

“Biz səfər zamanı bir sıra bayram tədbirlərində iştirak etdik. Xüsusuilə bayramla bağlı hərbi paradı, konsert tədbirlərinin möhtəşəmliyini qeyd etmək istərdim. Parad zamanı Azərbaycanın üçrəngli bayrağı da  dalğalandırılırdı. Bu da türk-Azərbaycan dostluğunun əbədiliyinin bariz nümunısi idi. Bayram münasibətilə rəsmi ziyafət verildi, Kipr Şəhidlərinin xiyabanını ziyarət etdik. Yüksək səviyyəli görüşlərdə Azərbaycanın tarixi, mədəniyyəti, bu günü haqda məlumatları əks etdirən hədiyyələri təqdim etdik. Bir sıra media nümayəndələrinə müsahibələrimiz oldu. Bu zaman da Azərbaycan həqiqətlərini, ölkəmizin bu günkü inkişafını çatdırmağa çalışdıq və məncə buna yüksək səviyyədə nail də ola bildik”-deyə L.Abdullayeva bildirib.

L.Abdullayevanın sözlərinə görə, Şimali kiprlilər xüsusilə “Avroviziya” müsabiqəsində ölkəmizin qalibiyyətini, bu zaman qalib müğənnilər tərəfindən türk bayrağının dalğalandırılmasını sevinc və fəxrlə bildirirdilər.

“Mən Milli Məclisin Mədəniyyət Komitəsinin bir üzvü olaraq müsahiblərimizin diqqətinə çatdırdım ki, ölkəmizdə yalnız müasir musiqi inkişaf etmir, milli musiqiyə, muğama dövlət qayğısı böyükdür, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti orada böyük marağa səbəb oldu”.

Deputatlar “Varvarlıq Muzeyi”ndə olub,  Kiprdə baş verən hadisələrdə qətlə yetirilən türklərlə bağlı materiallar, eksponatlara baxıblar.

“Biz də Xocalı soyqırımı, Qarabağ problemi haqda söhbət açdıq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət “kompaniyası barədə onlara məlumat verdik.

Təsəvvür edin ki, Kiprdəki qətliamda da erməni məkri, hiyləsi, qəddarlığı öz sözünü deyib. bu qətliamın təşkilində erməni millətindən olan cənubi kiprli də iştirak edib. Mən sonrakı görüşlərdə bu faktdan istifadə etdim, görüşlərdə Qarabağ problemindən, erməni işğalından danışarkən bu faktı xatırlatdaraq erməni xislətini onlara daha aydın izah etdim”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi