Modern.az

Nüfuzlu elmi mükafatın builki laureatlarının adları açıqlanıb

Nüfuzlu elmi mükafatın builki laureatlarının adları açıqlanıb

19 Aprel 2018, 21:58

1824-cü ildə Franklin İnstitutu tərəfindən təsis olunan nüfuzlu və sanballı “Benjamin Franklin” medalının builki laureatlarının adları açıqlanıb.

Modern.az  fi.edu saytına istinadla xəbər verir ki, bu il “Benjamin Franklin” medalına elm sahəsindəki nailiyyətlərinə görə Filip Horvat, biznes idarəçiliyi üzrə Enn Mulkahi, kimya üzrə Con Gudnou, kompüter və koqnitiv elmlər üzrə Vinton Qrey Serf və Robert Xan, Yer və təbiət elmləri üzrə Susan Trumbor, elektrik mühəndisliyi üzrə Maniye Razegi, mexanika mühəndisliyi üzrə Edrian Bejan, fizika üzrə isə Helen Roda Kuin layiq görülüblər.

ABŞ-ın elm və texnologiya sahəsində ilk mükafatı olan “Benjamin Franklin” medalı elm və texnologiya sahəsi üzrə təqdim olunur. Medal indiyə kimi 2000-dən çox alim, ixtiraçı və sahibkara müxtəlif kateqoriyalar üzrə verilib. Mükafatın laureatları sırasında Mariya Küri, Tomas Edison, Nikola Tesla, Eduard Lorens, Bil Qeyts və Albert Eynşteyn kimi dünya şöhrətli alimlər var. Franklin medalının laureatlarından 117-si Nobel mükafatına layiq görülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir