Arxiv
11 İyun 2018, 16:50 | HADİSƏ
Prezident zəhərlənmə olayını nəzarətə GÖTÜRDÜ 

Baş Prokurorluq Saatlıdakı zəhərlənmə ilə bağlı məlumat yayıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, 10 iyunda saat 19:30 radələrində Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pampıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini “Kimyəvi dərman zəhərlənməsi” diaqnozu ilə Saatlı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. 

 

Bildirilib ki, baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə müvafiq məlumat verilib. Dövlət başçısının tapşırığına əsasən zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülüb, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib. 

 

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülmüş, iş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib.

 

Zəhərlənən 24 nəfərdən 2-nə ilkin tibbi yardım göstərilərək evə buraxılmış, 4-nün vəziyyəti ağır olduğundan təcili olaraq Bakı şəhərinə gətirilərək Toksikologiya Mərkəzinə yerləşdirilib.

Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, gələcəkdə insanların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək bu qəbildən hadisələrin təkrarlanmaması məqsədi ilə müvafiq icra strukturlarına konkret tapşırıqlar verilib.

 

Görülmüş işlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
UEFA Ermənistandakı Avropa Liqası matçının yerini dəyişdirdi 30 Sentyabr 2020, 00:29 Gəncədə ağır qəza: 1 ölü, 4 yaralı 30 Sentyabr 2020, 00:12 Gürcüstanda koronavirusdan daha 2 nəfər ölüb 29 Sentyabr 2020, 23:59 Baş nazirdən 2021-ci il dövlət büdcəsi ilə bağlı QƏRAR 29 Sentyabr 2020, 23:46 Gürcüstan ermənilərindən TƏXRİBAT - Türkiyə ilə sərhədi bağladılar 29 Sentyabr 2020, 23:42 Niderland cəbhədəki vəziyyətlə bağlı məlumatlandırılıb 29 Sentyabr 2020, 23:38 Ermənilər ciddi itkilər verib: “Ölü sayı sabah açıqlanacaq” 29 Sentyabr 2020, 23:26 Prezidentdən suriyalı muzdlularla bağlı iddialara CAVAB 29 Sentyabr 2020, 23:22 “Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan” - İlham Əliyev 29 Sentyabr 2020, 23:21 Ermənistan ordusunun mövqeləri darmadağın EDİLDİ 29 Sentyabr 2020, 23:13 Ölkəmizdəki xarici hərbi attaşelər əməliyyat şəraiti barədə məlumatlandırılıb 29 Sentyabr 2020, 23:09 Erməni hərbçi belə yalvardı  - VİDEO 29 Sentyabr 2020, 22:59 Qətərin Əmiri İlham Əliyevə telefonla zəng edib 29 Sentyabr 2020, 22:26 “Röyters” ermənilərin yalanını ifşa etdi 29 Sentyabr 2020, 22:24 İlham Əliyev: “Təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin” 29 Sentyabr 2020, 22:19 Xocalıda qətliam törədən “Arabo” batalyonunun komandiri Qarabağa GƏLİR 29 Sentyabr 2020, 22:17 Müdafiə Nazirliyindən Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı PAYLAŞIM 29 Sentyabr 2020, 22:05 Litva Dağlıq Qarabağdakı gərginlikdən narahatdır 29 Sentyabr 2020, 21:51 Ermənilər Zobucuq qəsəbəsindəki xəstəxananı atəşə tutdu 29 Sentyabr 2020, 21:40 Baş Prokurorluqdan Rusiyaya müraciət: 20 minədək erməninin Qarabağa göndərilməsi... 29 Sentyabr 2020, 21:32 BMT Təhlükəsizlik Şurası 27 il sonra Qarabağ üçün TOPLAŞIR – 15 ÜZV ÖLKƏ 29 Sentyabr 2020, 21:21 Ədliyyə işçiləri Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 600 min manat köçürdü 29 Sentyabr 2020, 21:13 Fuad Oktay Əli Əsədova zəng etdi 29 Sentyabr 2020, 21:07 Teledərslərin sentyabrın 30-u üçün cədvəli müəyyənləşib - FOTO 29 Sentyabr 2020, 20:57 Putin Paşinyanla DANIŞDI: “Qarabağda döyüşlərin davam etməsindən narahatıq” 29 Sentyabr 2020, 20:56 “Sülhdən danışmaq hələ çox tezdir” - Metyu Brayza 29 Sentyabr 2020, 20:53 Bakıda növbəti polis reydi keçirilib 29 Sentyabr 2020, 20:41 “Türkiyə sona qədər Azərbaycanın yanındadır” - Ömər Çelik 29 Sentyabr 2020, 20:30 Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! - Mehriban Əliyeva 29 Sentyabr 2020, 20:23 Gürcüstandan hərbi yüklərin tranzitinə qadağa qoyulub 29 Sentyabr 2020, 20:13 Ermənilərin atdığı mərmi Goranboyda yaşayış evlərinə düşüb 29 Sentyabr 2020, 20:00 İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu 29 Sentyabr 2020, 19:50 Müdafiə Nazirliyi Ermənistanın məhv edilən yüksək rütbəli zabitlərin adlarını AÇIQLADI 29 Sentyabr 2020, 19:30 “Türkiyə F-16-sı Ermənistana məxsus SU-25-i vurmayıb” - Fahrettin Altun 29 Sentyabr 2020, 19:21 Dövlət İmtahan Mərkəzinin 5 əməkdaşı könüllü ordu sıralarına qoşuldu 29 Sentyabr 2020, 19:12