Arxiv
6 Avqust 2018, 08:50 | REPORTAJ
Kiyevdə “Putini” satışa çıxarıblar - Ukrayna paytaxtında gördüyümüz qəribə mənzərə - REPORTAJ  

İşğal faktı ilə üz-üzə qalan xalqların hər addımında hikkə elementlərilə qarşılaşırsan. Beyinlərdə oturuşmuş qəzəb ilan zəhərinə bənzəyir. Sanki “məmləkətimə dil uzadanların başı havada qalar” mesajını verirlər. Bir daha əmin olursan ki, heç bir millətin “səbətində” torpağından pay ünsürü yoxdur.

Ukraynanın siyasi kürsüdəki yeri

Ukraynaya səfər zamanı insanların üzündə siyasi ab-havadan tutmuş, məişət qayğılarına qədər olan mövcud halı oxumaq mümkün oldu.

2000-ci ildən bəri geosiyasi proseslərə nəzər yetirdikdə Gürcüstan və Ukraynanın ərazi itkisinə məruz qaldığı daha dərin təsir bağışlayır. Nə də olsa qədimi qonşuluq, siyasi və ticari yaxınlığımız mövcuddur. 1991-ci ildən Müstəqil Dövlətlər Birliyində təmsil olunmağımıza baxmayaraq, Rusiya-Gürcüstan, Rusiya-Ukrayna müharibələri işğala məruz qalan hər iki dövlətin MDB sıralarını tərk etməsinə  səbəb oldu. Təəssüf ki, regionda dondurulmuş müharibə ocağı közərir. İllərdir Qarabağ münaqişəsi sülh yoluna ümidlidir. Acı həqiqət müharibənin ağrılı və sağalmaz fəsadlarını ortaya qoyur. Region üçün Qarabağ münaqişəsi yoluna qoyulmamış Gürcüstanda da Cənubi Osetiya və Abxaziyaya gedən yol bağlıdır. Eyni durumu Ukrayna xalqı da yaşayır. Krımın, ardınca Donetsk və Luqansk torpaqlarının nəzarətdən çıxarılması ukraynalılara yeni-yeni “sürprizlər” yaşatmaqdadır. Sürprizlər isə həmişə xoş və ürəkaçan olmur.

Putinin orada nə işi var?!

Aydın məsələdir ki, ərazisini qanlı müharibə meydanına çevirənlər həmişə lənətlənir. 2014-cü ildə Rusiyanın Ukraynaya qoşun yeritməsi və qan tökmədən Krımı ələ keçirməsi sadə insanların qəzəbini heç cür soyuda bilmir. Bu qəzəb həm də lənətlənmiş qəzəbdir.


Rusiya prezidenti Vladimir Putinin Kremldən dünyaya nəzarət etməsinə baxmayaraq, işğala məruz qoyduğu xalqlar onun hegemonluğuna boyun əymirlər. Bu səbəbdən də Kiyevin mərkəzində qarşılaşdığımız mənzərəyə təəccüb etdik. Açıq küçə ticarəti edənlər digər əşyalarla birgə "Putini" də satışa çıxarmışdılar. Ukraynalıların Putinə olan qəzəbini tualet kağızının üzərindən oxumaq olurdu. Bu həmin ukraynalılardır ki, rus qoşunları Krımı qan tökmədən ələ keçirmişdi. Onlar həm də həmin ukraynalılardır ki, Krımın işğalına laqeyd yanaşmışdılar. Sadə vətəndaşlara bir qədər də yaxın olduqca, fərqli mənzərəyə şahidlik edirsən.

“Bütün hadisələrin başında o dayanır. Hər şeyə səbəbkar odur. Putin dəhşətdir”.

Küçə ticarəti ilə məşğul olan qadın bizimlə söhbətində qəzəbini bu cür ifadə edirdi.


Görünür, ukraynalılar üçün Putin o dərəcədə dəhşətli adamdır ki, onun rəsmini tualet kağızının üzərində gördükcə? xüsusi zövq alırlar.  Onlar ölkələrinə təşrif buyuran turistlərə 2014-cü ildən bəri qəzəblərinin soyumadığını nümayiş etdirirlər.

 

Maydanın indiki halı

Bir vaxtlar qızğın mübarizə meydanına çevrilən Maydanda addımbaşı məclis qurulub. Bu həmin vaxtlardır ki, Gürcüstanın sabiq prezidenti Saakaşvili Maydanın mərkəzində “at oynadırdı”. Ukraynanın Avropaya inteqrasiya olunmasına çalışan Mişa bir vaxtlar “Mən ukraynalı və gürcüyəm, ona görə də avropalıyam!"deyirdi. O gündən bu günə kimi isə Mişa və Ukrayna nə Avropa Birliyinin üzvü, nə də avropalı ola bildi. Sadəcə, insanları Maydanda qərbli təsir bağışlayır.

Ümumilikdə Maydanın mərkəzində bir az Avropa, bir az Amerika stilli gənclərin rəqsi, ifa tərzi onu deməyə əsas verir ki, supergüclər yalnız siyasi düşərgədə “mənim çaldığım havaya oynayın” əmrini verə bilir. Siyasi düşərgədən kənarda isə hər kəs özünün sifarişini yerinə yetirir. Özündən Amerika kəşf edənlərin amerikasayağı davranış sərgiləməsi toplum üçün uzunömürlü olmur.

 

Bu məqamda “Ah Avropa! Avropa! Səndə nə kəramət varmış” düşünməkdən başqa çarə qalmır. Hər kəs sənə can atar, hər kəs səndən nəsə istər. Bəs sən istəklərin qarşılığında nə edirsən?! Ukrayna nə NATO-ya, nə də Avropa Birliyinə üzv ola bilir. Üstəlik, ölkənin iqtisadi durumu yaxşı deyil. Halbuki, Ukraynanın da vaxtları olub. Bir çox azərbaycanlılar istirahət və ticarət üçün məhz bura üz tuturdular. İndi isə Rusiyanın iflic etdiyi ölkədə “ilanlar mələyir”.

 

Kiyevin daha bir özəlliyi var. Təbiətə, yaşıllığa dəyib toxunmurlar. Güman ki, oranın insanları daha uzaqgörəndirlər. Yaşıllığa balta vurmaqla, öz ömürlərinə balta vurduqlarının fərqindədirlər.

Hər halda,yaşıllığı, ağacları seyr etdikcə, insanın gözləri dincəlir. Təəssüf ki, eyni vəziyyəti Bakı üçün söyləyə bilməyəcəyik. Dnepr çayı boyunca isə hiss olunur ki, çay öz gözəlliyini təbiətin füsunkarlığından alır.

Daimi məskəni olmayan dilənçi və bomjları burada da görmək mümkündür.

 

Maydanda incəsənətlə məşğul olan və o qədər də tanınmayan kiçik adamların şou səhnələri bir növ mədəni dilənmək üzərində qurulub.

Necə deyərlər, “oynadım, oxudum, sizi əyləndirdim. İndi isə, pulumu verin”. Amma bu “dilənmək” məcburi deyil, könül məsələsidir. İstəyərsən, 3-5 qrivna verərsən, istəməzsən verməzsən.


İqtisadi və siyasi gərginliyin fonunda, şəhərin hər başında qurulan əyləncə məclisi insanların çöhrəsində təbəssüm yarada bilir. Nə də olsa sıxıntıların içində əyləndirə və əylənə bilirlər.

 

Polisdən “üz çevirənlər”

 

Bilmirəm, nə hikmətdirsə, küçədə, metroda polis görəndə özümüzü daha güvənli hiss edirik. Onların olduğu yerdə içimizə bir rahatlıq dolur.

 

Amma bir həftə ərzində Kiyevin küçələrində polis gözümüzə dəymədi. Hətta, metro stansiyalarında da polis tərəfindən mühafizə olunmadıq.

Düzdür, insanlar polissiz də yollarına rahat formada davam edirdilər. Amma paytaxtın mərkəzində mühafizə xidmətini həyata keçirən polis işçiləri olmalıdır.

Heç demə, bu da səbəbsiz deyil. Ölkədəki hakimiyyət dəyişikliyindən sonra Ukraynanın güc strukturları arasında mövcud olan pərakəndəlik tam olaraq aradan qaldırılmayıb.

Bir çox sahələrdə olduğu kimi, asayişin qorunmasında fəal iştirak edən işçilərin də sayı çox deyil. Hakimiyyətdaxili pərakəndəlik Daxili İşlər Nazirliyindən də yan keçməyib.

 

Bu səbəbdən də hələ ki  polis sisteminin gücləndirilməsi istiqamətində iş gedir. Küçədə polis görünməsə belə, insanlar həyatın axarına qoşulub yaşamaqda davam edir.

 

Hər mənada sıraya düzülüb növbələrini gözləyirlər. Səbr kasaları daşanda isə.... Bax, ən təhlükəli məqam da odur. İstəyirsən, dünya Tanrısı ol, əgər bir ukraynalını qəzəbləndirmisənsə, abırsızcasına təhqir olunacaqsan. Elə lap Putin kimi...

Namidə Bingöl
Bakı-Kiyev-Bakı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Uşaq Evinə əvvəlcədən xəbərdarlıq etmədən baş çəkilib 28 Oktyabr 2020, 18:17 Dövlət Komitəsindən Azərbaycan diasporuna və dost xalqlara MÜRACİƏT 28 Oktyabr 2020, 18:10 Ön cəbhə ilə əlaqəsini kəsməyən Qusar - FOTO 28 Oktyabr 2020, 18:03 Türkiyə XİN-dən həmsədrlərə çağırış - Ermənistana reaksiya verin 28 Oktyabr 2020, 18:00 Dolların məzənnəsi sabit qaldı 28 Oktyabr 2020, 17:54 Azərbaycan Ordusu irəliləyir - VİDEO 28 Oktyabr 2020, 17:50 Pakistanın Azərbaycandakı səfiri Bərdə terrorundan YAZDI 28 Oktyabr 2020, 17:44 Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTO 28 Oktyabr 2020, 17:38 Ermənistan mülki insanları qətlə yetirməyə davam edir - Türkiyə Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 17:33 XİN Bərdənin vurulması ilə bağlı bəyanat yaydı 28 Oktyabr 2020, 17:30 “Ali Baş Komandanımızdan sülh istəyənlər Bərdədəki səhnəni görməlidirlər” - Zahid Oruc 28 Oktyabr 2020, 17:24 Azərbaycan 80 yaşlı erməniləri qoruyur, Ermənistan onlardan imtina edir 28 Oktyabr 2020, 17:18 Həftə sonları 8 şəhər və 13 rayonda ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 28 Oktyabr 2020, 17:12 Fransada türklər və ermənilər arasında DAVA 28 Oktyabr 2020, 17:06 Daha 1 şəhərə və 2 rayona giriş-çıxış BAĞLANIR 28 Oktyabr 2020, 17:00 Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-dək UZADILDI 28 Oktyabr 2020, 16:55 Bərdədə 26 nəfər ölüb - Baş Prokurorluq 28 Oktyabr 2020, 16:49 “Qarabağda qırmızı xətt keçilsə, atamın oğlu da olsa, gözünə baxmaram” - Ərdoğan 28 Oktyabr 2020, 16:43 Astarada evi tərk edən koronavirus xəstəsi saxlanıldı 28 Oktyabr 2020, 16:37 Prezident daha 13 kəndin işğaldan azad olunduğunu xəbər verdi - SİYAHİ 28 Oktyabr 2020, 16:32 Ermənistanda vətəndaşların əmlakı ordu üçün müsadirə olunacaq 28 Oktyabr 2020, 16:27 Prezidentdən XƏBƏRDARLIQ - Bərdə sakinlərinin qisası yerdə qalmayacaq 28 Oktyabr 2020, 16:22 Azərbaycanda koronavirus: 988 yeni yoluxma, 11 ölüm 28 Oktyabr 2020, 16:20 Ermənistan Tərtəri Qrad-dan atəşə tutur - YENİLƏNİB  28 Oktyabr 2020, 16:20 Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olunublar 28 Oktyabr 2020, 16:17 Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır 28 Oktyabr 2020, 16:14 Baş Prokurorluq: Bərdədə ölənlərin sayı 21-ə yüksəldi - YENİLƏNİB 28 Oktyabr 2020, 16:10 "Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir"   28 Oktyabr 2020, 16:08 Azad olunmuş rayonlarda öncə təhsil ocaqları bərpa ediləcək - Şahlar Əsgərov 28 Oktyabr 2020, 16:03 Zəngilanda erməni xüsusi təyinatlıları darmadağın edildi - VİDEO 28 Oktyabr 2020, 16:00 Livan və Suriya erməniləri Qarabağdan QAÇIR 28 Oktyabr 2020, 15:57 Erməni hərbçlər belə məhv edildi - VİDEO 28 Oktyabr 2020, 15:52 Gəncədə koronavirusla bağlı maarifləndirmə tədbirləri davam etdirilir - FOTO 28 Oktyabr 2020, 15:47 Azərbaycan hökuməti Facebook-a müraciət edib 28 Oktyabr 2020, 15:42 Bu universitetə daxil olan tələbələrdən 50 nəfəri 600-dən çox bal toplayıb   28 Oktyabr 2020, 15:36