Modern.az

Norveçdə CAN adlı Azərbaycan diaspor təşkilatı yaradılıb  

Norveçdə CAN adlı Azərbaycan diaspor təşkilatı yaradılıb   

Aktual

23 Avqust 2018, 08:51

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Norveçdə CAN təşkilatı yaradılıb. Bu haqda CAN-nın sədri Şervin Nəcəfpur Modern.az-a məlumat verib. Şervin Nəcəfpur CAN-nın məqsəd və məramını açıqlayaraq bildirib ki, missiyası Azərbaycan və Norveç arasında güclü dostluq körpüləri qurmaqdır:

“Təşkilatın dəyərləri açıqlıq, tolerantlıq, müxtəliflik, inam və hörmətə əsaslanır. Ata-babalarımızın başladığı uğurlu addımlarını biz yeni nəsil davam etdirməklə bu yükün ağırlığının fərqindəyik. Devizimiz budur: “SonsuzaCAN, AzərbayCAN!”. Harada doğulmağımızdan asılı olmayaraq, bu gün fəxr ilə “biz azərbaycanlıyıq” deyə biliriksək, bu bizim əsas qəhrəmanlarımız olan valideynlərimizin sayəsindədir. Onların bizə vermiş olduqları tərbiyə, vətən sevgisi və s. xarakterlərimizdə böyük rol daşıyır”.

Atıq təşkilatın “cannorway.com” adlı saytı da fəaliyyət göstərir. Şervin Nəcəfpur saytı ictimaiyyətə təqdim edərək bildirib ki, iki neft ölkəsi arasında bərabər inam və açıq dialoq yaradıb münasibətləri daha da gücləndirəcəklər:

“CAN təşkilat sədri olaraq, rəsmi internet səhifəmizi sizlərə təqdim etməklə fəxr edirəm! Məqsədimiz Norveçdə yaşayan digər etnik qruplara, Azərbaycanın mədəni irsini, tarixini və aktual mövzuları paylaşmaq və Azərbaycan xalqına, eləcə də türk dünyasına Norveçin mədəni irsini, tarixini, aktual mövzularını paylaşmaq və tanıtdırmaqdır”.

CAN təşkilatı ilk işi olaraq Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində könüllü olaraq keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına qoşulub. Kampaniya çərçivəsində CAN adından da Norveçdəki soydaşlarımız dünya azərbaycanlılarını təbrik ediblər. Xatırladaq ki, CAN təşkilatının sədri Şervin Nəcəfpur Azərbaycan həqiqətlərini Norveçdə aktiv təbliğ edən soydaşlarımızdandır. Norveçin İmmiqrant Bələdiyyə Şurasına seçilən ilk azərbaycanlı xanım, Mühafizəkarlar Partiyasında yerli siyasətçi Şervin Nəcəfpur da var. O, Norveçdə bir çox dərnəklərlə zaman-zaman əməkdaşlıq edərək tədbirlər keçirib, Xocalı soyqırımını illərlə xaricdə çox yüksək səviyyədə təbliğ edib. Norveçdə Biznes İnstitutunda Beynəlxalq marketinq üzrə təhsil alan Şervin Nəcəfpur, eyni zamanda dünyada moda üzrə tanınmış dizaynerdir. Onun İstanbul, Oslo, Bakı və digər şəhərlərdə möhtəşəm moda sərgi və foto çəkilişləri təşkil olunub. Şervin Nəcəfpurun atası Atabəy Nəcəfpur da Norveçdə aktiv diaspor üzvlərindədir. Atabəy Nəcəfpur CAN təşkilatının idarə heyətində təmsil olunur.


 Elnur Eltürk

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi