Arxiv
3 Oktyabr 2018, 13:56 | MƏDƏNİYYƏT
Ad günündə Elmar Vəliyevin yeni ŞƏKLİ yayıldı   

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısı Elmar Vəliyevin yeni fotoşəkli yayılıb. Modern.az saytı xəbər verir ki, şəkil Elmar Vəliyevin doğum tarixilə əlaqədar bu gün lentə alınıb.

Elmar Vəliyev bu gün doğum tarixini qeyd edir, onun 58 yaşı tamam olub.

Xatırladaq ki, Elmar Vəliyev 1960-cı ilin 3 oktyabrında anadan olub. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb.


1994-2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001-2004-cü illərdə Dövlət Gömrük Komitəsində rəis müavini, 2004-2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən, Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib. Ölkə başçısının müvafiq sərəncamı ilə 8 avqust 2018-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Qeyd edək ki, Elmar Vəliyev icra başçısı işləyərkən - 2018-ci il iyulun 3-də Gəncə şəhərində mühafizəçisi Qasım Aşbazovla birlikdə odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında cinayəti törətmiş 1983-cü ildə Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq, tərksilah edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.


Sui-qəsd hadisəsindən sonra - iyulun 4-də Türkiyədəki Bahçeşehir Universitetinin Tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç Əmlak Məsələləri Dövlət Komitəsnin sədri, eyni zamanda E.Vəliyevin qudası Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gəlib. Türkiyəli həkim həmin gün icra başçısnı əməliyyat edib. Elmar Vəliyev sonrakı müalicəsini İsraildə alıb. Onun hazırda Azərbaycanda olduğu bildirilir.

Keçmiş icra başçısının yaxınlarının Modern.az-a verdiyi məlumata görə, hazırda Elmar Vəliyevin səhhəti normaldır.

Baş prokuror Zakir Qaralov bir neçə gün öncə Gəncə hadisələrinə görə həbs edilənlər barədə danışıb.

Z.Qaralov Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd hadisəsinə və daha sonra şəhərdə iğtişağa cəhdlərə dəstək verən şəxslərin tam olaraq müəyyən edildiyini bildirib.

Baş prokurorun sözlərinə görə, bu günə kimi 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib.

O bildirib ki, axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib. 

"Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib", - Z.Qaralov vurğulayıb.

 

Modern.az saytı Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevlə oğlu Elmir Vəliyevin bu gün çəkilmiş şəklini təqdim edir:

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan müxalifətinin əsas tələbi RƏDD EDİLDİ 18 Noyabr 2019, 13:00 Prezident iki yeni səfirin etimadnaməsini qəbul etdi - FOTOLAR 18 Noyabr 2019, 12:56 “Azərenerji” gənc və perspektivli kadrların yolunu açır  18 Noyabr 2019, 12:50 Cəlil Məmmədquluzadənin nəticəsi: “Fəxr edirəm ki, ulu babam bu qədər sevgi qazanıb” 18 Noyabr 2019, 12:25  “Azərbaycan hələ uzun illər dünyanın dini tolerantlıq mərkəzi kimi qalacaq” 18 Noyabr 2019, 12:15 Bakı-Sumqayıt yolunda növbəti piyada ölümü 18 Noyabr 2019, 12:07 Bakı Ali Neft Məktəbinə yeni mətbuat katibi təyin olundu   18 Noyabr 2019, 12:00 Rusiyanın 4 ZƏİF CƏHƏTİ 18 Noyabr 2019, 11:53 Deputatlarımız Sofiyaya gedirlər 18 Noyabr 2019, 11:46 Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir? 18 Noyabr 2019, 11:40 Oftalmoloq Anar Abdullayevdən yeni cərrahi METOD  18 Noyabr 2019, 11:36 Hazırda yaşayan “Xalq artisti” və “Əməkdar artist”lərin sayı AÇIQLANDI 18 Noyabr 2019, 11:30 Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edildi 18 Noyabr 2019, 11:24 Bakıda liftdə qalan şəxs xilas edildi 18 Noyabr 2019, 11:18 Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlib 18 Noyabr 2019, 11:16 Milli Məclis büdcə zərfini ikinci oxunuşda müzakirə edir 18 Noyabr 2019, 11:14 Abşeronun bu kəndlərində işıq olmayacaq 18 Noyabr 2019, 11:05 Məktəblilərin “Ölkəmizi tanıyaq” aksiyasında növbəti səfər gerçəkləşdi 18 Noyabr 2019, 11:00 Qarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEO 18 Noyabr 2019, 10:53 Ağsuda ev yandı 18 Noyabr 2019, 10:51 Cəlilabadda gənc müəllim evində ölü tapılıb 18 Noyabr 2019, 10:48 Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb 18 Noyabr 2019, 10:27 Cəbhədə silahlar susmur... 18 Noyabr 2019, 10:18 Ruhani benzinin bahalaşmasını izah etdi: “Üç yolumuz var idi..” 18 Noyabr 2019, 10:16 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi   18 Noyabr 2019, 09:44 Dini liderlərin Bakı Sammitinin NƏTİCƏLƏRİ - Azərbaycan bu tribunadan necə istifadə etdi?  18 Noyabr 2019, 09:40 Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi 18 Noyabr 2019, 09:36 ABŞ-la Avropa Birliyindən Gürcüstandakı siyasi gərginliyə REAKSİYA 18 Noyabr 2019, 09:36 Hillari Klinton son anda ölümdən döndü 18 Noyabr 2019, 09:28 Azərbaycanlı rejissorun filmi Pensilvaniyada da uğur qazandı 18 Noyabr 2019, 09:24 İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib 18 Noyabr 2019, 09:19 İndoneziyanın Bakıdakı səfiri: “İslam dinini İndoneziyada yayan şəxs azərbaycanlı olub” - MÜSAHİBƏ 18 Noyabr 2019, 09:01 21 yaşlı məhkum özünü asdı 18 Noyabr 2019, 00:34 Belarus parlamentinə 110 deputat seçildi 18 Noyabr 2019, 00:16 Siyəzəndəki qəzada yaralananlardan ikisi öldü 17 Noyabr 2019, 23:51