Arxiv
4 Noyabr 2018, 13:25 | ƏDƏBİYYAT
Şeirlərində rüşvəti pisləyən şair - Fikrət Qocayla bağlı yaradıcılıq işi təqdim olundu…

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xalq şairi Fikrət Qocanın şeirlərindən ibarət “Sonra da deyirik ki...” adlı yaradıcılıq ifa işi təqdim olundu. Şeirlər izləyicilərə tam fərqli formatda, xüsusi ədəbi-bədii kompozisiya şəklində təqdim olundu. Tədbirin təşkilatçısı, Universitetin “Səhnə danışığı” kafedrasının dosentləri, Əməkdar artistlər Mahirə Yaqubova və Ağalar Bayramov idi.

Tədbir həmçinin Ağalar Bayramov və Mahirə Yaqubovanın yaradıcılıq ifa işləri idi. Tədbiri giriş sözü ilə açan bədii qiraətçi Ağalar Bayramov hər kəsi salamlayaraq, Fikrət Qoca yaradıcılığı ilə 1980-cı illərdə “Uzaq Şərqin səmalarında Cavidi anarkən” şeiri ilə tanış olduğu deyib, həmin şeiri səsləndirdi.

Daha sonra Ağalar Bayramov obrazlı şəkildə Fikrət Qocanın məhşur “101” şeirini səsləndirdi. Fikrət Qocanın Rəşad Məcidə ithaf etdiyi “Risk” şeirini səsləndirən bədii qiraətçi bu şeiri öz səsində izləyicilərə bir daha sevdirdi.

Tədbirdə Universitetin tələbələrinin solo ifasında  məhşur bəstəkar, Xalq artisti Emin Sabitoğlunun  Fikrət Qoca sözlərinə yazdığı “Baladadaşın ilk məhəbbəti” filmindən izləyicilərə tanış olan “Sənə olan eşqimi” mahnısı səsləndirildi.

Tədbir Universitetin tələbələrinin ifalarında Fikrət Qoca şeirlərindən ibarət bədii kompozisiya ilə davam etdirildi.

1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunduqdan sonra korrupsiyaya qarşı mübarizə tədbirlərinə toxunan Ağalar Bayramov həmin dövrdə poeziyamızda yalnız Fikrət Qocanın öz şeirlərində rüşvəti kəskin pislədiyini söyləyədi.
Fikrət Qocanın milli birliyi ortaya qoyan, ədavəti, rüşvətxorluğu kəskin pisləyən “Yuxumda Həccə getmişdim” şeiri və “Cənnətdən qovulanlar” poemasını söyləyərək - zalı uğultulu alqışlara qərq etdi.

 
1990-cı ildən bugünə kimi Azərbaycan ədəbiyyatında və böyük Fikrət Qoca poeziyasındakı Qarabağ nisgili haqqında danışan Əməkdar artist Ağalar Bayramov Fikrət Qocanın “Qaçqın gəlinə” şeirini səsləndirərək, zalı göz yaşları fonunda uğultulu alqışlara qərq etdi. Tədbir Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifaları ilə davam etdirildi.

 
Sonda çıxış üçün səhnəyə dəvət olunan Xalq şairi Fikrət Qoca tədbirin təşkili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovaya təşəkkür edərək, yaradıcılıq ifa işini yüksək səviyyədə qiymətləndirdiyini söylədi.

 
Tədbirin qonaqları sırasında olan bəstəkar Ruhəngiz Qasımova Fikrət Qoca poeziyasının böyüklüyündən danışaraq, Xalq şairi Fikrət Qoca haqqında olan xatirələrini izləyicilərlə bölüşdü.


Leyla Əsədullayeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukraynadakı diaspor lideri GİLEYLƏNDİ: “Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm” 19 Fevral 2020, 15:06 Bakı-Qazax yolunda raket tapılıb - FOTO 19 Fevral 2020, 14:54 Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin saxtakarlığına münasibət bildirdi 19 Fevral 2020, 14:48 Bu fotoyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu - FOTO 19 Fevral 2020, 14:42 Türkiyənin Azərbaycandakı səfiri ilə rektorla görüşdü 19 Fevral 2020, 14:39 Ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət 19 Fevral 2020, 14:36 Azərbaycanın bu ərazisində təhlükəli xəstəliklər yayıldı 19 Fevral 2020, 14:30 Azərbaycanda uzunömürlülərin sayı AÇIQLANDI 19 Fevral 2020, 14:24 “Lionel Messi ilə bu mükafatı bölüşmək möhtəşəm hissdir” - Formula 1 üzrə dünya çempionu 19 Fevral 2020, 14:18 Amerikalı konqresmenlər Qarabağdakı “seçkilər”ə öz nümayəndələrini göndərir 19 Fevral 2020, 14:12 Dairə Seçki Komissiyasının sədri komaya düşdü 19 Fevral 2020, 14:06 Tovuzda təkərin partlaması ölümlə nəticələndi 19 Fevral 2020, 14:00 Türkiyə hər an əməliyyatlara başlaya bilər - Ərdoğan açıqladı 19 Fevral 2020, 13:54 Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ 19 Fevral 2020, 13:48 Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37 Bakıda çay evində 24 yaşlı oğlan ürəyindən bıçaqlandı 19 Fevral 2020, 13:30 İranda koronavirus aşkarlandı 19 Fevral 2020, 13:24 Şəmkirdə xeyli sayda silah-sursat tapıldı 19 Fevral 2020, 13:18 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı AÇIQLANDI 19 Fevral 2020, 13:12 Sabahın HAVA PROQNOZU - yağış, duman, qar 19 Fevral 2020, 13:06 Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK 19 Fevral 2020, 13:00 Azərbaycanda “google map” vasitəsi ilə narkotik satan şəxslər SAXLANILDI 19 Fevral 2020, 12:55 JTI yenidən “Ən yaxşı işəgötürən”dir 19 Fevral 2020, 12:49 Tibbdə inqilab edən DAHİLƏR – Hippokratdan bu yana… 19 Fevral 2020, 12:42 BMU-nun tələbəsi Almaniyanın Koblenz Universitetinə təcrübə keçəcək   19 Fevral 2020, 12:35 Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - FOTO 19 Fevral 2020, 12:29 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinləyib - FOTO 19 Fevral 2020, 12:22 PA-nın şöbə müdiri parlament seçkilərindən yazdı: “Geriyə dönmək artıq mümkün deyil” 19 Fevral 2020, 12:15 Nailə Mirməmmədliyə BDU-da vəzifə verildi 19 Fevral 2020, 12:08 Gəncədə müzakirələr: Regionlarda gənclərin vətənpərvərlik tərbiyəsi - FOTOLAR         19 Fevral 2020, 12:02 Prezident Administrasiyasına bu məhkəmələrdən şikayətlər artıb - SİYAHI 19 Fevral 2020, 11:56 Məktəblilərə siqaret satanlar cərimələndi 19 Fevral 2020, 11:50 Təhsil Nazirliyinin “Azəriqaz”a 28 min borcu var 19 Fevral 2020, 11:44 Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq - YENİLİKLƏR 19 Fevral 2020, 11:38