Arxiv
16 Noyabr 2018, 11:10 | MEDİA
10 yaşlı Qol.az-ın redaktoru: “Bizim üçün gecə ilə gündüzün fərqi itib” - MÜSAHİBƏ  

Sabah Qol.az idman portalının 10 yaşı tamam olur. Portal 2008-ci il noyabr ayının 17-dən fəaliyyət göstərir. Qol.az Azərbaycan idmanında baş verən ən son yenilikləri işıqlandırır, Azərbaycan və dünya futbolunun tanınmış simaları ilə müsahibələr yayımlayır. Sayt gün ərzində 50-dən çox material (xəbər, yazı, müsahibə) dərc edir. 

Modern.az saytının əməkdaşı Qol.az-ın redaktoru Aydın Bağırovla söhbətləşib.

- Qol.az hansı zərurətdən yaranmışdı?

 

- Zərurət deyəndə ki, bizim Qol.az saytı “5 Media” MMC-nin tərkibinə daxildir. Onun təsisçisi Mirhacib Məciddir. O, 2008-ci ildə Çexiyada oxuyurdu, daim məsləhətləşirdik. Belə bir ideya da onun tərəfindən gəldi. İlk olaraq biz xəbər saytı açmaq istəyirdik, sonra idman saytı açmaqla bağlı fikirləşdik və sonda futbol saytı yaratmağı qərarlaşdırdıq. Onun ideyası mənim üçün maraqlı gəldi və bu ideyanı gerçəkləşdirdik. 10 ildə də davamlı olaraq çiyin-çiyinə verib addımlayırıq. Mən hesab edirəm ki, bu gün Mirhaciblə mən Azərbaycan mediasının ən uğurlu tandemlərindən biriyik, bir-birimizə etibar edirik, güvənirik. Ən əsası da hər zaman bir birimizə dəstək veririk.


- Saytın 10 yaşı tamam olur. Bu 10 ildə Qol.az Azərbaycan mətbuatında istədiyi yeri tuta bilibmi?

 

- Qol.az-ın mətbuatdakı yerini saytın reytinqi göstərir. Bu gün Qol.az saytı Azərbaycanın ən reytinqli idman saytıdır. Gündəlik 18-20 min sabit İP-si var. Burada sevindirici cəhət odur ki, biz bu reytinqi qalmaqallarla, yalanlarla qazanmamışıq, öz əziyyətimiz hesabına əldə etmişik. Hər zaman ciddi yazılar olub. Mediadakı pərakəndəliyin Qol.az-a inteqrasiya etməsinə imkan verməmişik. Saytımızın bu gün nüfuzu var, yüksək reytinqi var. Mənə elə gəlir ki, bunlar bir sayt üçün 10 illik mərhələdə yaxşı göstəricidir.

 

- Saytda əsasən futboldan yazırsınız, Azərbaycan futbolunun bugünkü vəziyyətini necə dəyərləndirirsiniz?

 

- Azərbaycan futbolundan danışası olsaq, gərək 10 gün söhbətləşək. Problemlər çoxdur, danışmaqla bitməz. Biz bu 10 il ərzində həm futbolda, həm də digər idman sahələri ilə bağlı problemlərdən yazmışıq. Bu problemləri hər zaman işıqlandıracağıq ki, nəzər salıb səhvlərini düzəltməyə çalışsınlar. Bu, media olaraq bizim vəzifəmizdir və missiyamıza hər zaman davam edəcəyik.

 

- Gələcəkdə oxucularınızın qarşısına hansı yeniliklərlə çıxmağı planlaşdırırsınız?

 

- Yeniliklər deyəndə ki, bu gün mətbuatda yeniliklər etmək sırf maddi imkanlara bağlıdır. Bildiyimiz kimi, reklam bazarı zəifdir. Əgər reklam bazarı yaxşı olsa, onda biz yeniliklərlə oxucularımızın qarşısına çıxarıq. Yəni bu məsələ sırf maliyyə imkanlarına bağlıdır.

 

- Qol.az-ın komandası necə neçə nəfərdən ibarətdir?

 

- Komandamız 7 nəfərdən ibarətdir.

 

- Komandanızı necə dəyərləndirirsiniz?

 

-  Saytın inkişaf etməsində rəhbərliklə yanaşı,  kollektivin də önəmli rolu var. Onlar gecə-gündüz işləyirlər. Digər saytların nümayəndələri saat 12-də yatırlarsa, idman saytının əməkdaşları yuxularına haram qatıb işləyirlər. Gündə 10-12 saat işləyirlər. Komandamız çox fədakarçasına çalışır, mən onlara təşəkkür edirəm ki, bu yükün  altına giriblər.

 

- Sizi rəqiblərinizdən fərqləndirən əsas cəhət hansıdır?

 

-  Qol.az-da ciddi yazıların olması, reytinqdə öndə olmağımız bizi fərqləndirən cəhətdir. Amma bizim digər həmkarlarımızdan da ortaya yaxşı iş qoyanlar var. Bəzi saytlar var ki, biz onlarla sağlam rəqabət aparırıq. Bu da həm bizim, həm də rəqabət apardığımız sayların inkişaf etməsinə səbəb olub.

 

- İdman jurnalistikasının özəllikləri nədir?

 

-Ümumiyyətlə, jurnalistikada müəyyən problemlər var. Mətbuatı aidiyyəti olmayan insanların bu sahədə olduğunu görürük, bu, idman jurnalistikasında da var. Amma idman jurnalistikası kiçik bir sahədir. Faiz göstəricisi ilə götürsək, burada qeyri-peşəkarların sayı nisbətən azdır. Azərbaycanda kifayət qədər peşəkar idman jurnalisti var. Qol.az-ın jurnalistləri, elə mənim özümün də yazdıqlarım cəmiyyətdə maraqla qarşılanır. Bizim yazılarımız klublara, federasiyalara təsir edir. İdman jurnalistlərini digər jurnalistlərdən fərqləndirən cəhət idman üçün gecə və gündüz fərqinin olmamasıdır. Elə olur ki, futbolla və digər idman yarışları gecə saatlarında davam edir. İdman jurnalisti saat fərqi olmadan həmin yarışları, çempionatları diqqətlə izləyir və oxuculara çatdırır. İdman jurnalistlərinin işi daha ağır olur.

 

- Saytın 10 yaşını necə qeyd etməyi düşünürsünüz?

 

- Saytımızın 10 yaşı ilə bağlı keçirəcəyimiz tədbirdə klub, federasiya nümayəndələri və media nümayəndələri olacaq. Belə bir ziyafətimiz nəzərdə tutulub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident fərman İMZALADI 29 May 2020, 11:40 Qonşusunun evindən oğurluq edən şəxs TUTULDU 29 May 2020, 11:23 Niyazi Bayramov Gəncənin bir sıra ərazilərində olub - FOTO 29 May 2020, 11:15 Jurnalistin anası koronavirsudan vəfat etdi - FOTO 29 May 2020, 11:06 KOVİD-19-un ən çox yayıldığı ölkələrin SİYAHISI 29 May 2020, 10:58 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 29 May 2020, 10:50 Valideynlər Gömrük Akademiyasına təşəkkür etdilər 29 May 2020, 10:43 Azərbaycan nefti bahalaşdı 29 May 2020, 10:35 Bu rayonlarda peşə tədrisi mərkəzləri açılacaq 29 May 2020, 10:28 Meşədə narkotik becərən Oğuz sakinləri tutuldu 29 May 2020, 10:20 Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib - FOTO 29 May 2020, 10:13 Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb 29 May 2020, 10:05 Fond bağlanan bankların kreditorlarına yenidən müraciət etdi 29 May 2020, 09:58 Ali məktəbə qəbulda abituriyentlər ixtisas seçimində nələrə diqqət yetirməlidirlər? 29 May 2020, 09:50 Ermənilər atəşkəsi 25 dəfə pozub 29 May 2020, 09:44 DİM müraciət yaydı: bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək 29 May 2020, 09:38 Qubada “UAZ” dərəyə aşdı – 1 nəfər öldü 29 May 2020, 09:28 Dünyanın ən yaşlı kişi sakini vəfat etdi 29 May 2020, 09:20 Tramp sosial şəbəkələrin izlənilməsinə dair sərəncam imzaladı 29 May 2020, 09:13 Gəncədə xidməti otaq yandı 29 May 2020, 09:05 Jurnalist Eynulla Fətullayevə ağır itki ÜZ VERDİ 29 May 2020, 08:50 “Koronavirus ən azı 1 il bizimlə olacaq” - Türkiyədən gəlmiş həkimlə MÜSAHİBƏ 29 May 2020, 08:40 “Bəzi məqamlarda çoxarvadlılıq vacibdi” - Şeyxin internetdə olmayan MÜSAHİBƏSİ 29 May 2020, 08:26 Kirovun Bakıdakı manyak sərsəmləməsi - inqilabi-seksual çıxışı 29 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyona yaxınlaşır 29 May 2020, 08:21 Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq 29 May 2020, 06:13 Qlobal Qəzetçilər Şurasından Azərbaycana bayram təbriki - FOTO 29 May 2020, 01:06 Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23