Modern.az

Gəncədə məktəbin zirzəmisindən 161 patron tapıldı

Gəncədə məktəbin zirzəmisindən 161 patron tapıldı

11 Dekabr 2018, 22:04

Dekabrın 11-də saat 16:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 16:46-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhərinin Kəpəz rayonu ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

 

Bu haqda ANAMA-dan Modern.az-a verilən məlumatda bildirilib.

 

Məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri və Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyd olunmuş ərazidə təmirə dayandırılmış 7 saylı tam orta məktəbin zirzəmisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 161 ədəd 7.62 millimetrlik patron aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Patronların ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi